No Image
No Image

Xəzərin səviyyəsinin azalmasının səbəbi AÇIQLANDI

Xəzərin səviyyəsinin azalmasının səbəbi AÇIQLANDI
Qapalı su hövzəsi olduğundan Xəzərin səviyyəsində periodik dəyişmələr mümkündür. Səviyyənin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

Sfera.az xəbər verir ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib.

Onun sözlərinə görə, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Beynəlxalq iqlim modellərinə görə Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayyət qədər qeyri-müəyyənlik və uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən hazırda Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil.

R.Səttar-zadə qeyd edib ki, Xəzər dənizinin səviyyəsində hazırda müşahidə edilən enmə prosesi 1995-ci ildən müşahidə edilir.

1977-ci ildə Xəzərin səviyyəsinin XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azaldığını deyən R.Səttar-zadə qeyd edib ki, dənizdəki hazırkı səviyyə azalması 1977-ci ildən çox deyil.

Nazirlik rəsmisinin sözlərinə görə, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi -27,91 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

R.Səttar-zadə əlavə edib ki, 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb.
 
(trend)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Metro açılmayacaq, toylara da icazə verilməyəcək” – AÇIQLAMA

"Bir neçə dəfə gündəmə gətirdim: Əhali zülüm çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın! Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar...

Agentlikdən müzakirələrə səbəb olan reklamla bağlı - AÇIQLAMA

Ağ Şəhər ərazisində olduğu iddia edilən "Yalnız ağ adamlar üçün” yazısı olan reklam lövhəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sfera.az xəbər ver...

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 2-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə və Xocahəsən dairələri arasında yerləşən hissəsində hərək...

Kafe-restoranlarda ən çox hansı qaydalar pozulub?

Fevral ayında AQTA tərəfindən 18 395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib. Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agnetl...

İsraildən ölkəmizə humanitar həkim heyəti gəldi - FOTOLAR

YAŞAT Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən ...

​"OBA"da üzərində söyüş yazılan qadın corbaları satılır - FOTO

"OBA” marketlər şəbəkəsində üzərində söyüş yazılan qadın corbaları satılır. Sfera.az xəbər verir ki, corabların şəkilini feysbukda Nadir Qocabəyli adlı şə...