Xərçəngə qarşı vaksinlər gəlir - Uğur Şahin tarixi açıqladı

Xərçəngə qarşı vaksinlər gəlir - Uğur Şahin tarixi açıqladı
Almaniyalı türk həkim, "BioNTech" firmasının icraçı direktoru, professor Uğur Şahin Yunanıstanın "Kathimerini” qəzetinə verdiyi açıqlamalarla gündəmə gəlib. 
 
Sfera.az xəbər verir ki, professor mRNA texnologiyasından istifadə edilərək hazırlanacaq xərçəng peyvəndlərindən danışıb. O, yaxın zamanlarda sözügedən xəstəliyin vaksinlərlə müalicə edilə biləcəyini deyib:

"20 ildən çoxdur, kök hüceyrələrlə işləyirik və bu texnologiya ilə bağlı məlumatlarımız var. 4 il əvvəl melanoma (xərçəng növü) xəstələri üzərində araşdırmalar apardıq. İndi də yüzlərlə xəstə ilə sınaqlar davam edir. Bu testlərin nəticələrini isə gələn il və ya 2023-cü ildə alacağıq. Nəticələr müsbət olarsa, ilk xərçəng peyvəndlərinin təsdiqlənməsi 2, 3 və ya 4 ildən sonra yekunlaşa bilər. İstədiyimiz şey sağalan şəxslərdə xərçəngin yenidən təkrarlanmasının qarşısını almaqdır".

"BioNTech” şirkətinin qurucularından olan Özlem Türeci isə müsahibə zaman COVİD-19 məsələsinə toxunub. O, pandemiyanın nə zaman bitəcəyindən danışıb:
"Bir müddət virusla yaşayacağıq. Bu, bizim yeni normamız olacaq, öyrəşəcəyik və virusun qorxudan tərəfləri aradan qalxacaq. Zamanla koronavirus qrip kimi olacaq, vaksinasiya ediləcək, nəticədə uzun müddətli müdafiə əldə edə biləcəyik. Lakin bu, dünyanın qarşılaşdığı sonuncu ölümcül pandemiya olmayacaq. Yəni hazır olmalıyıq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...