Xatun Fatimə ilə pul üstündə düşən davalarından danışdı: “Ərini üstümə çağırdı” - VİDEO

Xatun Fatimə ilə pul üstündə düşən davalarından danışdı: “Ərini üstümə çağırdı” - VİDEO

Mənim Fatimə ilə münasibətim yoxdur. Bəzi insalar var ki, onunla küsülü qalmaq daha yaxşıdır. Çünki o adam sənin üçün oxunmuş bir kitabdır. Oxuyub, atırsan kənara ki, bunun hara qədər başı və "ponyatkası”, hara qədər insanlığı var.

Sfera.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva aparıcı və prodüser Tarix Əliyevin (Tolik) "Youtube”da yayımlanan "Səmimi” layihəsində söyləyib.

Sənətçi rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan dava-dalaşın pərdəarxası məqamlarından danışıb, qarşı tərəfin yalanlarını ortaya çıxarıb:

"Heç kimə, hətta düşmənimə belə pislik arzu etmirəm. Demək istəyirəm ki, "edir analar, çəkir balalar”. Mən Fatimə ilə yaşanan davada özümə bəraət qazandırmıram. Mən onunla davamı etdim, bitirdim. Elə həmin gün onunla olan kin-küdurətim getdi. Sabah Fatimənin başına pis hadisə gələrsə, yanındakı yalançılar (onu aldadan, bizim aramızı vuran, söz aparıb-gətirən) onun dadına çatsınlar.

"Mənə toxunan Fatimənin üstümə ərini göndərməsi oldu. Təqsir onun ərində idi. O gərək deyərdi ki, "Gedin, işinizlə məşğul olun. Arvad söhbətinə qarışmaram”. Bizim Fatimə ilə aramızda böyük problem də olmayıb.

Xatun daha sonra Fatimə ilə qalmaqalın pul üstündə düşdüyünü açıqlayıb:

"Xına mərasimi olacaqdı. Mən də Fatiməni ora dəvət etmişdim. Öncə dedi havayı gələrəm, sonra məndən 1000 manat pul istədi. Dedim ki, 1000 yox 500 manat verə bilərəm. Onun üstündə mənimlə dava edir. Pulun da adını çəkmir. Elə buradan ona deyirəm ki, bizim qalmaqalımız pul üstündə olub”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Tanınmış aparıcıya VƏZİFƏ VERİLDİ - FOTO

Aparıcı Namidə İsayevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Facebook" hesabında məlumat paylaşıb.   &...

Zaxarova Aİ-nin Gürcüstandakı bu qanuna reaksiyasını ikiqütblü adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna reaksiyasını xron...

Pakistanda baş verən partlayışda 5 nəfər öldü

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb. &n...

Müsavat fəalını qətlə yetirən direktor müavininin FOTOLARI

Xəbər verdiyimiz kimi, Müsavat partiyası fəalı Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparı...

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı

Mayın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarus Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.   Sfera.az xəbər verir ki, görüşdə Bel...

Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan veril...