Vurulan Ukrayna təyyarəsində 4 azərbaycanlı olub - İrana ETİRAZ

Vurulan Ukrayna təyyarəsində 4 azərbaycanlı olub - İrana ETİRAZ
 

Ötən günlərdə Tehranda İran ordusu (SEPAH) tərəfindən raketlə vurulan Ukraynaya məxsus "Boinq 737” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindəndir.

Sfera.az xəbər verir ki, Xoy şəhərindən olan sakinlər sosial şəbəkələrdə çağırış mətni yayaraq, günahsız həmyerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Mətndə qeyd edilir:

"Sərnişin təyyarəsinin SEPAH tərəfindən vurulması nəticəsində dörd həmyerlimiz həlak olub. Bu məqsədlə Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək, bu faciədə məsuliyyət daşıyanların məhkəməyə çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirisənə şamlar yandırılacaq”.

Əlavə edək ki, yanvarın 8-də Tehran-Kiyev reysini həyata keçirən Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsi İran ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub.  /Teleqraf.com

OXŞAR XƏBƏRLƏR

Həbs olunan generalın bu fotosu GÜNDƏM OLDU

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbay...

"Dəymə mənə, dəyməyim sənə" - Ceyhun Osmanlı cazalanmalı olan məmurların iş prinsipi haqda

"YAP rəsmisi Siyavuş Novruzov bəyan edir ki, icra başçıları həbs edilən rayonların hüquq mühafizə orqanları rəhbərləri də məsuliyyətə cəlb edilməlidir. Sual odu...

İstifadə olunmuş tibbi maskalar ölüm yayır - Alimlərdən həyacan təbili

Honq Konq Universitetinin və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun bir qrup mütəxəssisi COVID-19 koronavirusunun istifadə olunmuş tənzi...

Onu koronadan sağaldan həkimlərə palatanın pəncərəsində bu sözləri yazdı – TƏSİRLİ MESAJ

ABŞ-nınOhayo əyalətinin Klivlendşəhərindən koronavirusa yoluxmuşbir xəstə həyatınıxilas etmiş həkimlərüçün palatasının pəncərəsinətəsirli bir mesajyazıb. ...

ABŞ hakimiyyəti Pentaqondan cəsədlər üçün 100 min kisə istədi – ŞOK

ABŞ səlahiyyətliləri koronavirusdan ölüm sayının artacağı təqdirdə Pentaqonun cəsədlər üçün yüz min kisə ayırması üçün adıçəkilən quruma sorğu yolllayıb. ...

“Bəzi ölkələrdə insanların sağalmaq şansı yoxdur...” – Ümumdünya Səhiyyə Təşkilatı

"Dünya Səhiyyə Təşkilatı dünyada COVİD-19-dan sağalanların sayı barədə məlumat dərc etməyi dayandırıb, çünki heç də bütün ölkələr sağalanların siyahısını təşk...