Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...

Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...

Xəbər verdiyimiz kimi, KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli fəaliyyəti dövründə qanunsuz əməllərə yol verdiyi, dövlət əmlakını mənimsədiyi üçün həbs edilib.


Sfera.az xəbər verir ki, Vüqar Səfərli Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb. O 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.


Məlumat üçün qeyd edək ki, KİVDF-nin sabiq direktoru fonddakı qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı məsələlərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovla iş birliyi edib.


Bütün bunlar, eləcə də elan olunan ittihamla tanışlıq düşünmək üçün əsas verir ki, Vüqar Səfərlinin həbsi Əli Həsənov üçün də ciddi təhlükənin mövcudluğundan xəbər verir.

 

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...