Vidadi Zeynalovun dəbdəbəli restoranından - FOTOLAR

Vidadi Zeynalovun dəbdəbəli restoranından - FOTOLAR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalovun azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlaması haqda ötən gün məlumat yayıldı. 

Şamaxıda "Məlhəm” restoranını işlədən keçmiş məmur hətta bu haqda açıqlama verərək toyuq-cücə də saxladığını qeyd edib.

"Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram. Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Yenisabah.az xəbər verir ki, sözügedən Məlhəm restoranı heç də acından ölməmək üçün V. Zeynalovun işlətdiyi bir istirahət mərkəzi deyil. Restoran Şamaxı bölgəsində ən prestijli, elit və bahalı obyektlərdən biri kimi tanınır. Pirqulu yolu üzərindəki Məlhəm kəndində yerləşən "Məlhəm” həmin istiqamətdə yeganə böyük restorandır. Restoranın həm böyük zalları, həm də çoxlu sayda kabinetləri mövcuddur.  Həm qış, həm də yay fəslində qonaqları qarşılamaq üçün infrastruktura malikdir. Həyətində də onlarla "besedka” fəaliyyət göstərir. Uşaq əyləncə mərkəzi var. Bölgənin ən mahir aşpazları bu restoranda çalışır. 

Bundan başqa V. Zeynalov "Məlhəm”in həyətində böyük süni göl yaradıb və balıq yetişdirir.

Restoranın qonaqlarına gəldikdə, yuxarıda bu obyektin prestijli olduğunu qeyd etmişdik. Ona görə də, ölkənin ən tanınmış şəxsləri, dövlət rəsmiləri, millət vəkilləri, şou adamları, biznesmenlər bu restoranın daimi müştərilərindəndir. 

"Məlhəm”in fotolarını təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...