“Vəzifəli bir şəxs zəng vurdu ki, görəsən mənim arvadımın da sevgilisi var?” - Psixoloq

“Vəzifəli bir şəxs zəng vurdu ki, görəsən mənim arvadımın da sevgilisi var?” - Psixoloq
"Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür "ailəli" olanlar var”.

Bu fikirlər psixoloq Samirə Bağırovaya məxsusdur və onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kimisi bu sözlərinə görə psixoloqu qınadı, kimisi isə onun fikirlərini təsdiqlədi...

Psixoloq Aytən Ələkbərova isə Sfera.az-a açıqlamasında bu kimi fikirlərin yayımlanmasının insanlarda narahatlıq doğurduğunu bildirib. Ekspert bu açıqlamadan sonra vəzifəli şəxslərdən birinin ona zəng vurduğunu və narahatlığını ifadə etdiyini deyib:

"Bu açıqlamadan sonra mənə zəng gəldi ki, sizcə mənim arvadımın da kənarda sevgilisi ola bilər? Həmin adam bildirdi ki, həyat yoldaşını evdə tək qoyub gedə bilmir, ondan şübhələnir.  Ona görə bu kimi açıqlamalar vermək düzgün deyil. "Tik-tok” psixoloqları ilə həqiqi psixoloqlar açıqlamalarına görə fərqlənir. Bürclərdən və cinsəl mövzulardan danışıb gündəmə gəlmək, insanlara bu üsulla necə gəldi, informasiya ötürmək doğru deyil. Cəmiyyətdə insanları narahat edən bu qədər problem varkən, belə mövzulara toxunmaq düzgündürmü? Lakin ola bilər ki, psixoloq kimi o da ancaq bu mövzuda çıxış etməyi bacarır. Bir mövzu barədə mütəmadi danışmaq pozuntudur”.

Müsahibimiz xüsusilə gənclərin təcrübəli psixoloqlara üz tutmalı olduğunu qeyd edib:
 
"Gənclərin sosial keyfiyyətlərinin formalaşması birdən-birə yox, dərhal baş verir. Buna görə gənclər psixoloqla ünsiyyətdə olmalıdır. Psixoloqun isə təcrübəsi, keçdiyi istiqamətlər mühümdür. Bu gün ali məktəbi bitirən 23 yaşındakı şəxs psixoloqluq edir. Yadımdadır ki, mənə o vaxt deyirdilər ki, 35 yaşadək özünə psixoloq deyə bilməzsən. İndi 44 yaşım var, hələ də deyirəm ki, öyrənirəm”.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...