No Image
No Image

Vətənin abidələrini modaya daşıyan 16 yaşlı modelyer - FOTO

Vətənin abidələrini modaya daşıyan 16 yaşlı modelyer - FOTO
Sosial şəbəkələrdə məktəbli Zümrüd Ağasıyevanın maraqlı əl işləri paylaşılıb.

Sfera.az xəbər verir ki, Azərbaycan abidələrinin geyim formasında eskizini hazırlayan 16 yaşlı gələcək modelyer fikirlərini və gələcəklə bağlı planlarını paylaşıb.

"Moda dizaynında eskizdə ruhlanma anlayışı var. Təbiətdən, heyvanlardan, tikililərdən və ya daha fərqli şeylərdən ilhamlanıb bunu eskiz üzərində öz yaradıcılığınızla birləşdirib tətbiq edə bilərsiniz. Mənim hədəflərimdən biri uğurlu modelyer olmaqdır. Gələcəkdə də Azərbaycanla bağlı bir kolleksiya hazırlamağı planlayırdım ki, bəzi geyimləri indidən çəkmək qərarına gəldim. Bu rəsmlərdə ancaq tarixi abidələrdən yox, həm də tanınmış və Azərbaycanı təmsil edən fərqli tikililərdən ilham almışam.

Eskizlərimin belə çox insanın marağını doğuracağına inanmazdım. Gələcəkdə təhsilimi və həyatımı İtaliyada davam etdirməyi planlaşdırıram. Əlbəttə ki, işlərimdə məni məmnun edəcək səviyyəyə gəldikdə Azərbaycanla bağlı kolleksiyalar hazırlayıb dünyaya təqdim edəcəm və Qarabağda şirkətimin bir fillialını açacağam. Ölkəmizdə bu sahədə gedib maariflənib, prossesləri izləyə biləcəyimiz bir şirkət olmadığını nəzərə alaraq, bunu həm də moda sahəsinə həvəsi olan gənclər üçün edəcəm", - deyə Z.Ağasıyeva qeyd edib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sfera.az azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında maraqlı faktları təqdim edir. Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anada...

“Britaniya” ştammının ilk mikroskopik FOTOSU

İngiltərədə ortaya çıxan koronavirusun mutasiya olunmuş yeni növünün ilk mikroskopik şəkili çəkilib. Sfera.az  xəbər verir ki, foto İstehlakçı Hüquql...

Rəmişin son halı - FOTO

Səhhətində problem olan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) yeni görüntüsü yayılıb. Sfera.az  xəbər verir ki, şəkli Xalq artisti Fatma Mahmudova so...

26 yaşında general-mayor rütbəsi alan GÖZƏL KİMDİR? - FOTOLAR

Rusiya Müdafiə naziri Sergey Soyqu yaraşıqlı generallarla əhatə olunmağı sevir. Ona görə də bu günlərdə daha bir gözəli xoşbəxt edib. Bu 26 yaşında general-mayo...

Böyük Səhraya qar yağdı - FOTOLAR

Əlcəzairdə Böyük Səhranın kənarında yerləşən Ayn Sefra qəsəbəsinə qar yağıb.   Sfera.az xəbər verir ki, səhranın bir hissəsi ağ rəngə bürünüb. Qar ...

Vətənin abidələrini modaya daşıyan 16 yaşlı modelyer - FOTO

Sosial şəbəkələrdə məktəbli Zümrüd Ağasıyevanın maraqlı əl işləri paylaşılıb. Sfera.az xəbər verir ki, Azərbaycan abidələrinin geyim formasında eskizini h...