Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - VİDEO
17:45 / 12.01.2021
2691
Biləsuvar rayonunda Vətən müharibəsi qaziləri olan əkiz qardaşlar coşqu ilə qarşılanıb.
Sfera.az-ın "Report"a istinadən məlumatına görə, Həsənağa və Qalib Bağırlı qardaşlarının Azərbaycan Silahlı Qüvvələri sıralarından təxris olunublar.
Biləsuvar rayonununa qayıdan əkiz qardaşların rayon mərkəzində qarşılanma mərasimi keçirilib.
Vətən müharibəsinin ilk günlərindən Ordu sıralarına çağırılan Həsənağa və Qalib sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında qəhrəmanlıq nümayiş etdiriblər.