Vəfalı heyvanın xəyanəti - kəşfiyyat sirrləri

Vəfalı heyvanın xəyanəti - kəşfiyyat sirrləri
Məhərrəm Abdulla
     
   XX əsrin əvvəllərində xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı olmuş, sabiq kəşfiyyatçı Milord Dante (adı şərtidir) "Sənədli və maraqlı casus hekayətləri” adlı memuarlar kitabının müəllifidir. O, iddia edir ki, vaxtilə kəşfiyyat orqanları tərəfindən aşkarlanmış əməliyytaları və məxfi sənədləri bir araya gətirərək bu kitabı yazmağa nail olub. Həmin maraqlı nəşrdən bəzi məqamları sizə təqdim edirik. 
 
  ... Ötən əsrin 30-40-cı illərində İngiltərədə, Londondan şimalda yerləşən bir  şəhərdə guya ki, vaxtilə Kanadadan İngiltərəyə miqrasiya edən Norton Smit (adı şərtidir) adlı bir nəfər yaşayırdı.  Əks-kəşfiyyat orqanlarında isə  hələ o zamanlar bu şəxs barəsində belə  bir şübhələr yaranmağa başlamışdı  ki, əslində bu şəxs ölkənin hərbi sirrlərini birbaşa olaraq Berlinə ötürən yaxşı maskalanmış  alman nasist casusudur.  Lakin müharibə illəri olmadığına  görə, Norton Smit müəyyən hərbi sirrlərə  o qədər də maraq göstərmirdi, yalnız müharibə və ya silahlı münaqişə baş verə biləcəyi  təqdirdə Britaniya silahlı qüvvələrində yarana biləcək  zəif nöqtələrlə daha çox maraqlanırdı. Kəşfiyyatçının rezident əlaqələrini  də aşkar etmək mümkün olmurdu və əks-kəşfiyyat əməkdaşlarına ancaq hərbi poliqonlar, aerodromlar ətrafında Smitin yüksək sürətlə motosiklet sürməyini müşahidə etmək qalırdı. Bu zaman o heç bir şübhə yaratmamağa çalışırdı, lakin əslində çox şeylər öyrənməyə müvəffəq olurdu.
"... Bir gün Smit  bu bölgədə yerləşən poliqonda hərbi təyyarələrlə bağlı müəyyən məxfi məlumatları  əldə etməyi bacardı ... – deyə Dante memuarlarında  xatırlayır. - Bu sirr yalnız bir neçə nəfərə məlum idi və məlumatın ən dəhşətli tərəfi isə onda idi ki, ölkənin şərqində yerləşən geniş sahələrdəki aerodromlarda  o zamanlar, hərbi təyyarələr və ya hərbi texnikalar demək olar ki, yox dərəcəsində idi. Bu isə qarşı tərəf üçün qiymətli məlumat sayılırdı, belə ki, Smitin bu məlumatları öz vətənindəki  xüsusi orqanlara ötürə biləcəyi təqdirdə, nasistlər  bizi uşaq kimi məğlub edə bilərdilər. -deyə keçmiş kəşfiyyatçı hekayətinə davam edir.  Bütün bu məlumatlar dərhal rəhbərliyə çatdırıldı, lakin onlar bu zaman başqa işlərlə məşğul idilər və bu məlumatı o qədər də ciddi  nəzərə almadılar. Ona görə də vəziyyətdən çıxmaq üçün fövqaladə vasitələrə əl atmaq barədə qərar qəbul edildi. "
 
    Həmin vasitə isə nasisit  agenti fiziki olaraq aradan götürməkdən ibarət idi, lakin bu qəsdin arxasında Britaniya xüsusi xidmət orqanlarının cəlb olunmasına dair hər hansı bir şübhə oyatmaq olmazdı. Eyni zamanda  Smit çox hiyləgər və ehtiyatlı adam idi və bu tapşırığı icra etmək qeyri-mümkün görünürdü.  Keçirilən təcili toplantıda  problemi həll etmək üçün vəziyyətdən çox orijinal bir çıxış yolu tapılır və bu məqsədlə  mütəxəssislərin xidmətlərinə müraciət etmək qərara alınır. Əməliyyatın detalları isə bundan ibarət idi, belə ki:
"... Norton Smitin  yaxşı mühafizə olunan geniş  evi var idi və o, evində çox böyük bir alman çoban iti (ovçarka) saxlayırdı – deyə Dante hekayətinə davam edir. – Çox vaxt həmin belzen təlimi görmüş qorxunc itlərdən  almanlar o zamanlar, qadın məhbuslar arasında "nizam-intizamı" yaratmaq üçün istifadə edirdilər. İti zəhərləmək və va aradan götürmək mümkün deyildi, çünki onu da qorumaq üçün daha bir neçə qəzəbli itlərdən istifadə olunurdu.  Demək olar ki, hər şey bu itdən asılı idi, çünki gecə ərzində Smitin öhdəsindən gəlmək üçün digər bir yolun olmadığı açıq-aydın idi, o vaxtlar kəşfiyyat orqanları gündüz əməliyyat keçirməyə ehtiyat edirdilər. Xüsusi xidmət orqanının mütəxəssislərdən  biri – doktor Kilber (adı şərtidir), nasist casusdan az hiyləgər deyildi və o agentlərdən belə bir dəyərli məlumatı öyrəndi ki, Norton Smit  tez-tez dəniz kənarına gəzməyə gedir və oradakı bir oteldə gecələyir. Bunları nəzərə alaraq, məxfi plan cızılır və tezliklə onun həyata keçirilməsi üçün hazırlıqlara başlanılır.
     
   Gözlənildiyi kimi bir neçə gün sonra, Norton Smit həmin iti olmadan, dəniz kənarındakı otelə gəlir və dənizə görüntüsü olan  bir otaqda qalır. Elə qaldığın günün ilk səhəri Smit sahilboyu gəzintiyə  çıxır və yaxınlıqdakı qolf meydançasında, belə demək mümkünsə "təsadüfən” bir neçə nəfərlə mübahisə edir. O mübahisə etdikdən dərhal sonra, təcili olaraq polis məntəqəsinə qaçır və ona hücum edildiyini deyərək, dərisi üzərinə ölümcül bir mayenin atıldığını bildirir . Smit hücumdan sonra bədənində iynə ucu boyda yaranan nöqtəyə işarə edir və tər qoxusuna bənzər  mayeni aşkar etdiyini bildirir.  Bu halda polislər  məntəqəyə iki həkim dəvət edir və Smitin üzərində müayinə aparılır, lakin analizlərin nəticəsi onun  tamamilə sağlam olduğunu göstərir.  Nəhayət ki, polis orqanları bu məsələ ilə əlaqədar bir qədər arxayınlaşırlar. Məsələ burasındadır ki, burada söhbət hansısa adi zəhərdən gedirdisə, onda ipin ucunu, yəni mənbəyini tapmaq mümkün idi,  əgər nadir rast gəlinən bakterialoji vasitə və ya zəhərdən istifadə edilirsə, onda bu cinayəti aşkar etmək bir qədər də asanlaşırdı.
 
    ... Özünə gələn Norton Smit ertəsi gün öz  evinə qayıdır. O əks-kəşfiyyatın müəyyən edə bilmədiyi və əldə etdiyi məlumatlara görə, çox yüksək əhval-ruhiyyə içərisində idi. Lakin bundan sonra hadisənin gedişatını təsəvvür etmək belə ağlasığmaz görünür, belə ki, qəribə və dəhşətli bir hadisə baş verir: evə gəldiyi elə həmin gün Norman Smitin çoban iti onu parçalayır. Bəli, bu, həqiqətən də cəzasız qalan cinayətlərdən biri hesab edilir, çünki bu hadisədə iti günahlandırmaq  və ya onu qatil adlandırmaq absurd görünürdü. Əməliyyatın ideya müəllifi  doktor Kilber də bu məsələdə özünü qatil hesab etmirdi, sadəcə olaraq o, öz ölkəsinin kəşfiyyat maraqlarına xidmət edərək, qədim bir qaydadan rəhmsizliklə istifadə etmişdi. Belə ki, onun hazırladığı və Smitin üzərinə çilənən maye demək olar ki, tamamilə zərərsiz idi. Lakin bu maye nasist agentin  vəfalı heyvanına tanış olan qoxusunu dəyişmişdi, bu isə öz növbəsində fərqli iyi hiss edən itin sonda öz sahibini amansızcasına parçalamağına gətirib çıxarmışdı.


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur mağazada vətəndaşa pul "atdılar" - FOTO

Son zamanlar alış-veriş zamanı mağazalarda bir məhsulun qiymətinin 2 dəfə çıxılması və ya vitrində bir, kassada başqa qiymətlərlə bağlı şikayətlərlə sıx ra...

Quş qripi ilə bağlı XƏBƏRDARLIQ

Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşru...

Bakıda avtomobillərdən və evlərdən 40 min manatlıq oğurluq edildi

Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.   Sfera.az ...

Baş Prokurorluq və Səhiyyə Nazirliyi plastik cərrahlarla bağlı məlumat yaydı

Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.   Sfera.az ...

"Azər Türk Bank" istehlak kreditləri üzrə yeni kampaniya BAŞLATDI

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə yeni kampaniyaya başlayıb.   Sfera.az xəbər verir ki, kampaniya ərzində fiziki şəxslərə illik fa...

ABŞ-də etiraz aksiyaları BAŞLADI: “İlon Mask, çıx get” - FOTO

ABŞ-nin Nyu-York şəhərində meriya qarşısına toplaşan minlərlə etirazçı Tramp administrasiyasının mühacirlərə qarşı sərt siyasəti və fələstinlilərin Qəzzada...