Vankuverdə yaşayan azərbaycanlılar erməni təxribatına etiraz etdi - FOTO

Vankuverdə yaşayan azərbaycanlılar erməni təxribatına etiraz etdi - FOTO
 İyulun 26-da Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatına etiraz əlaməti olaraq izdihamlı nümayiş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, "Vancouver Art Gallery" meydanına toplaşan azərbaycanlılar və burada yaşayan türklər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq dövlətimizə və ordumuza dəstək olduqlarını nümayiş etdiriblər.

Nümayişçilər bildiriblər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, erməni təxribatlarının dayandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın işğalçılıq siyasətinə cəlb edilməsi üçün səslərini qaldırıblar.

Aksiyanın Kanadanın qanunları çərçivəsində, icazəli şəkildə keçirilməsinə baxmayaraq, nümayişçilər son anda burada da ermənilərin təxribatı ilə üzləşib.

Erməni quldurları meydana gələrək aksiyaya mane olmağa cəhd göstəriblər. Vankuverin azərbaycanlı icması erməni təxribatı ilə bağlı Kanada dövlətinə müraciət edib və aksiyanın keçirildiyi yerdə polislərin sayı daha da artırılıb. Aksiya insidentsiz başa çatıb.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...