No Image
No Image

“Valerian" apteklərdən niyə yığışdırılıb?

“Valerian
Bir aydır ki, ölkə apteklərində "Valerian" dərmanı yığışdırılıb. 

Sfera.az bildirir ki, bu barədə Qaynarinfo-ya oxucular məlumat verib. Oxucular ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olan xəstələrin sevimli vasitələri olan "Valerian”ı apteklərdə tapmadıqlarını bildirib.

Məlumatı dəqiqləşdirmək üçün paytaxt apteklərinin bir neçəsi ilə əlaqə saxlanılıb. 

"Zəfəran”, "Həyat, AVIS, "Elit” apteklər şəbəkəsindən "Valerian” dərmanlarının satışda olmadığını bildirdilər:
 
"Bir ay olar ki, "Valerian” dərmanı satışda yoxdur. Dərmanın nə üçün satışdan yığışdırılması səbəbini bilmirik. Amma "Valerian” dərmanını hər gün onlarla xəstə soruşur. Dərman DEPO-da da yoxdur”. 

Məsələ ilə əlaqədar dəfələrlə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin telefonu yığılsa da, zəngə cavab verilməyib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı isə problemdən xəbərsiz olduğunu desə də, məsələni komitənin iclasında qaldıracağını da vurğuladı: 

"Bu, bir başa Səhiyyə Nazirliyinə aid olan məsələdir. İndi mən bir neçə aptekə zəng edərəm. Əgər "Valerian” dərmanı olmasa, Səhiyyə Komitəsinin növbəti iclasında bu məsələni qaldıraram”.

Professor Adil Qeybulla isə açıqlamasında bildirib ki, istəlinən bir dərman dövriyyədən çıxarılanda əhaliyyə məlumat verilməlidir:

"Dərman Maddələrinin Dövlət Reyisti normal aparılmadığından bilinmir ki, bu ölkəyə hansı dərmanın icazəsi var, hansının yoxdur. Belə bir vəziyyətlə üz-üzəyik. Görürsünüz ki, daim öyrəşdiyimiz dərman yoxa çıxır, yenisi peyda olur. Əslində bunlar dərman bazarında olan anormal durumdur. Hansısa bir dərman dövriyyədən çıxarılırsa, bununla bağlı xalqa izahat verilməlidir. Dərman nəyə görə dövriyyədən çıxarılıb? Hansısa dərman dövriyyəyə girirsə, yenə də əhali məlumatlandırılmalıdır. Bunlar ciddi məsələlədir və əhalinin narazılığına səbəb olur”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Arbidol, favipiravir faydasızdır, ən yaxşısı..."- Koronavirusu yüngül keçirənlər hansı dərmanları qəbul etsin?

Bəzi hallarda koronavirusa yoluxan və xəstəliyi yüngül keçirən şəxslər xəstəliyi ağır keçirən insanlarla eyni dərmanları qəbul edir.  Təbii ki, bu hal müt...

Ürək-damar xəstələrinə peyvənd vurmaq olar? - Baş kardioloq açıqladı

Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev COVID-19-un ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə təsiri barədə müsahibə verib.   Sfe...

4-cü dalğanın şahidi ola bilərik - Türk professor

Türkiyə əhalinin 70 faizə yaxını peyvənd olunmasa, 4-cü dalğanın şahidi olacağıq. Sfera.az xəbər verir ki, bunu türkiyəli professor Məhməd Ceyhan deyib. ...

"COVID-19-la bağlı immunitetin 80 faizi 7 aya itir" - XƏBƏRDARLIQ

"COVID-19-la bağlı hazırki dünya mənzərəsi onu göstərir ki, pandemiyaya qarşı elmi əsaslı strategiyalardan başqa digər bütün strategiyalar ölüm hallarının hədsi...

30-40 yaş arasında olanlarda ikinci dozadan sonra... - Bu vaksinlərin yeni fəsadları üzə çıxdı

İsraildə Pfizer və BioNTech şirkəti tərəfindən istehsal edilən vaksinlərin yeni fəsadları ortaya çıxıb.   Sfera.az bildirir ki, həmin vaksinlərdən istifa...

İNANILMAZ - Virusdan qorunmağın yolu 1400 il əvvəl deyilib

Hazırda bütün dünyanın həyacan və təlaşla izlədiyi koronoviris pandemiyası sürətlə yayılmaqdadır. Xəstəliyə yoluxanların və həlak olanların sayı günbə-gün artır...