Vaksinin ikinci dozası fərqli növdən ola bilərmi? - AÇIQLAMA

Vaksinin ikinci dozası fərqli növdən ola bilərmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi bu gün respublikada "Vaxzevria” vaksinin tətbiqinə başlanılıb.
 
Bu vaxta qədər isə vətəndaşlara Çinin "Sinovac" vaksini tətbiq edilib. Peyvəndin birinci dozası ilə ikinci doza arasında 28 gün olduğunu nəzərə alsaq, ortaya belə sual çıxır:
 
"Bir doza "Sinovac” vurduran vətəndaş ikinci doza olaraq başqa vaksindən istifadə edə bilər?"

Məsələ ilə bağlı Sfera.az-a danışan professor Adil Qeybulla iki dozanın eyniliyinin vacib olduğunu bildirib:

"Vaksinasiyanın bir hədəfi bədəndə əks cisimlərin yaranması, immun sisteminin formalaşmasıdır. Bu, aktiv immunizasiyadır. Lakin yaxşı olardı ki, birinci olaraq hansı vaksin vurulursa, sonradan da eyni vaksin tətbiq olunsun. Çünki vaksinin birinci dozası adətən test əhəmiyyəti daşıyır, az miqdarda olur və vurulduqdan müəyyən müddət sonra əks təsir yaranmasa, iki doza vurulur. 

Vətəndaş birinci mərhələdə "Sinovac" vaksini vurdurubsa, ikinci doza kimi Astrazeneca vaksini vurdurmasın. Qısa müddət ərzində ikinci doza kimi fərqli vaksinin vurulması yaxşı nəticə verməyə bilər".

Qeyd edək ki, ölkədə birinci mərhələ üzrə vaksin vurduranların sayı 975 min 208, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 541 min 715 nəfərdir. Hazırda Azərbaycanda "Sinovac" və "Astrazeneca" vaksini tətbiq edilsə də, ötən gün paytaxta 40 min doza "Sputnik V” vaksini də gətirilib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...