Uşaqların peyvənddən sonra öləcəyi ilə bağlı iddialara SƏRT CAVAB

Uşaqların peyvənddən sonra öləcəyi ilə bağlı iddialara SƏRT CAVAB
"Məktəblər açıldıqdan sonra uşaqlar arasında yoluxmaya meyillilik müşahidə olunur".

Sfera.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. Pediatr peyvənddən sonra uşaqlar arasında ölüm hallarının artacağı ilə bağlı fikirlərə də münasibət bildirib:

"Son günlər valideynlər arasında təşviş, həyəcan var, bu da anlaşılandır. Təxminən ilin əvvəlində belə bir fikir tirajlanırdı ki, uşaqlar üçün xüsusi vaksin hazırlanır, amma olmadı. Çünki indi Avropa ölkələri 12 yaşdan yuxarı uşaqların "Pfizer"lə peyvənd olunması qərarını veriblər. Bizdə də bu qərar var.
 
Amma peyvəndləmə kampaniyası başlamamış, valideynləri qorxuya salırlar ki, guya peyvənd uşaqların həyatına ciddi təhlükə yaradacaq. Bu, heç bir elmi sübuta əsaslanmayan fikirdir. Bu fikrin daşıyıcıları arasında immunologiyadan, virusologiyadan, epidemiologiyadan kifayət qədər bilgisi olmayan həkimlər var. Bu fikrin real olması ilə bağlı mötəbər mənbə yoxdur. Əgər varsa, bizə də göstərsinlər. Onsuz da iki ildir, insanlar aşırı gərginlik içində yaşayır. Uşaqlar isə ən həssas yerimizdir".
 
Əzizə Zeynal
 
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentdən Zəngəzur mesajı: İstədiyimizə nail oluruq

Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logist...

Meyxanaçılar niyə narkotik təbliğatçılarına çevrilir? – “Ağ ölüm”ün pulsuz reklamına “dur” deməyin zamanıdır

Son həftə ərzində ard-arda iki meyxanaçının narkotik satışı ittihamı ilə həbs olunması bu sənət haqda mənfi rəyin formalaşmasına, müxtəlif söhbətlərin yaranma...

Bu gün Moskvada baş tutacaq görüşdən GÖZLƏNTİLƏR - Zəngəzur dəhlizi...

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. Görüşdə üç ölkənin baş nazirlərinin müavinləri Şahin Mustaf...

Məktəblər koronavirus səbəbindən bağlanacaq? - VİDEO

Yeni tədris ili başlayandan indiyədək ölkədəki 4500 məktəbdən 9-u koronovirusa yoluxma hallarına görə bağlanıb, 340 sinif distant təhsilə keçib. Bu da ümumi gös...

Zəngilanın işğaldan azad olunmasından 1 il ötür

Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Sfera.az xəbər verir ki, şəhərin erməni işğal...

“Gələn il bu avtomobilləri tapmaq çətin olacaq” – Ekspertdən bahalaşma və qıtlıq anonsu

"Avtomobil bazarında ikinci əl maşınlar bahalaşıb”. Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bahalaşmanın səbəblərini izah e...