Uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR - VİDEO

Uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR - VİDEO
Özü hələ uşaqdı amma qeysəriyyə yolu ilə uşaq dünyaya gətirdi. Söhbət , deyərdim ki,dünəndən ölkənin gündəminə çevrilən 11 yaşlı Aysundan gedir. Atalığı tərəfindən təcavüz edildiyi iddia olunan bu balaca qızcığaz hazırda Bakıda Respublika Klinik Xəstəxanasındadır. Özünün vəziyyəti normal olsa da, dünyaya gətirdiyi körpə reanimasiyadadır.

Sfera.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, videoda 11 yaşlı Aysun ata nənəsinə başına gələnləri danışır. Daha doğrusu atalığı tərəfindən necə təcavüzə məruz qalmasından.

Hiss olunur ki, qorxur, nədənsə tərəddüt edir, amma sualları aramla da olsa cavablandırır. Video çəkilən zaman hamilə olan bu balaca qızcığaz dünən Respublika Klinik Xəstəxanasında qeysəriyyə əməliyyatı edilib. Onun 30-31 həftəlik, 1 kq 900 qramlıq qızı dünyaya gəlib.

Səbuhi Şükürov 11 yaşlı Aysunun doğma əmisidir. Deyir ki, qardaşı 2014-cü ildə rəhmətə gedib. Ondan sonra uşaqların anası Günay balaca Aysun və ondan 1 yaş kiçik qardaşı Emini də götürərək gedir anasıgilə. Ötən ilin dekabr ayından isə Günay Qurban adlı şəxslə qeyri-rəsmi yaşamağa başlayır. Elə nə olursa bundan sonra olur.

Öyrəndik ki,Aysun İmişli Rayonunda yerləşən 1 nömrəli tam orta məktəbin 6-cı sinifində oxuyurmuş. Rayon Təhsil şöbəsinin müdiri Ələmdar Quliyev Xəzər Xəbərə bildirdi ki, ötən il məktəbdə dərslər disdant formada keçirildiyindən Aysundan məlumatları olmayıb. Bu il isə Aysun, demək olar ki, dərslərə qatılmayıb.

Artıq ana olan 11 yaşlı balaca Aysun hazırda Bakıda, Respublika Klinik Xəstəxanasındadır.

Dünyaya gələn körpə isə bu xəstəxananın reanimasiya şöbəsindədir.Təxminən 9 həftə tez doğulan uşağın vəziyyəti orta ağır olaraq qalıq.

Aysunun balaca qardaşı Emin Şükürov isə hazırda ata nənəsi Sənubər Şükürovanın yanındadır.

Bu arada Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən 11 yaşlı ana və körpəsi nəzarətə götürülüb.Dövlət Komitəsindən bildirilib ki, ana və körpəsinin mənafeyinə uyğun zəruri tədbirlər görüləcək.

Baş prokurluqdan "XəzərXəbər"ə verilən məlumata görə faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. Hazırda istintaq davam edir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər - AÇIQLAMA

"Epidemioloji vəziyyət pisləşərsə, hər cür qadağanedici tədbirlər qəbul edilə bilər. Biz müəyyən qərarlar verərkən ayrı-ayrı ölkələrinin təcrübəsini də nəzərə a...

Uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR - VİDEO

Özü hələ uşaqdı amma qeysəriyyə yolu ilə uşaq dünyaya gətirdi. Söhbət , deyərdim ki,dünəndən ölkənin gündəminə çevrilən 11 yaşlı Aysundan gedir. Atalığı tərəfin...

Operativ Qərargah rəsmisindən sərt qapanma ehtimalı ilə bağlı AÇIQLAMA

"Dünya Səhiyyə Təşkilatı istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqəmlərin artacağı ilə bağlı xəbərdarlıqlar edib. Arzumuz və istəyimiz budur ki, yenid...

Müdafiə Nazirliyi Şuşa əməliyyatı ilə bağlı yeni görüntülər yaydı - VİDEO

Müdafiə Nazirliyi 27 sentyabr – Anım Gününə həsr olunmuş videosüjet hazırlayıb. Görüntülərdə yeni kadrlar öz əksini tapıb.    Sfera.az&nb...

Yoluxma sürətlə artır - Karantin rejimi nə vaxt sərtləşdiriləcək? - AÇIQLAMA

Ölkədə Novruz bayramından sonra epidemioloji vəziyyətə uyğun olaraq karantin sərtləşdirilə bilər. Sfera.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?” v...

TƏBİB rəsmisi: “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz”

"Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz”. Sfera.az  xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-...