Papikyan: "Ermənistan Azərbaycanla yarışma halında deyil"

13:51 / 13.01.2026
451
Ermənistan Azərbaycan da daxil olmaqla heç bir ölkə ilə silahlanma yarışına girmək niyyətində deyil.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Papikyan İrəvanda keçirilən mətbuat konfransında qeyd edib ki, “Mənim heç bir ölkə ilə, o cümlədən Azərbaycanla silahlanma yarışına girmək niyyətim yoxdur. Bu, hökumətimizin mövqeyidir. Lakin bu, Ermənistan Respublikasının silah və hərbi texnika almağı və ya orduda islahatlar aparmağı dayandıracağı anlamına gəlmir”.
Fidan Hacızadə
Sfera.az


































