Çin İranı müdafiə etdi: "Addımlarını dəstəkləyirik"

12:52 / 13.01.2026
459
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin hakimiyyəti ABŞ-nin İranın daxili işlərinə mümkün müdaxiləsinə qarşıdır.
Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.
"Biz digər dövlətlərin daxili siyasətinə müdaxiləyə qarşıyıq", – deyə o, brifinqdə Amerika hakimiyyətinin İslam Respublikasına qarşı hərbi güc tətbiq etmə perspektivlərini şərh edərkən bildirib.
Rəsmi nümayəndənin sözlərinə görə, Pekin Tehranın milli sabitliyi təmin etmək səylərini dəstəkləyir.
Niyaz Hacıyev
Sfera.az


































