Ali təhsil müddəti 3 ilə endirilə bilər - EKSPERT

Ali təhsil müddəti 3 ilə endirilə bilər - EKSPERT

Ali təhsilin müddətinin azaldılması son illər bir çox ölkədə müzakirə olunan və tətbiq edilən islahatlardan biridir. Avropa məkanında, xüsusilə Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland, Polşa və digər Avropa İttifaqı ölkələrində bəzi ixtisaslar üzrə bakalavr təhsilinin 3 ilə endirilməsi gənclərin əmək bazarına daha tez çıxmasına, həmçinin təhsilin daha praktik və çevik qurulmasına hesablanıb. 

 

Bu təcrübə Azərbaycanda da tətbiq oluna bilərmi? Hansı ixtisaslar üçün bu model daha uyğun hesab edilə bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Azərbaycanda da bu təcrübədən yararlanmaq mümkündür:


“Xüsusilə müəllimlik ixtisasları buna çox uyğundur. Müəllim hazırlığında əsas məsələ ixtisas bilikləri və pedaqoji bacarıqlardır ki, bunları 3 il ərzində səmərəli şəkildə formalaşdırmaq mümkündür”.

 


R.Nurəliyev əlavə edib ki, kənd təsərrüfatı və iqtisadiyyat yönümlü ixtisaslar da bu modelə uyğunlaşdırıla bilər:


“Kənd təsərrüfatı sahəsində əsas ehtiyac praktik biliklərdir. Eyni zamanda, iqtisadiyyat, maliyyə, mühasibatlıq kimi sahələrdə biz görürük ki, 6 ay və ya 1 il davam edən kurslar insanlara konkret peşə bacarığı qazandıra bilir. Əgər bu bilikləri qısa müddətli təlimlərlə öyrətmək mümkündürsə, universitetlər niyə bunu daha sistemli və elmi əsaslarla 3 il ərzində etməsin?”


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR