ABŞ vətəndaşlarını İranı tərk etməyi çağırdı

12:13 / 13.01.2026
350
ABŞ İrandakı vətəndaşlarını nümayişlərin şiddətlənməsi və ölkə miqyasında təhlükəsizlik məhdudiyyətlərinin sərtləşdirilməsi ilə əlaqədar dərhal ölkəni tərk etməyə çağırıb.
Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, ABŞ-nin İrandakı Səfirliyi etirazların artdığı və zorakılığa çevrilə biləcəyi, həbslərə və xəsarətlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
“Təhlükəsizlik tədbirləri artırılıb, yollar bağlanıb, ictimai nəqliyyatda fasilələr yaranıb və internet bloklanıb. İndi İranı tərk edin. ABŞ hökumətinin köməyinə etibar etməyən İranı tərk etmək üçün bir planınız olsun”, - deyə bəyanatda bildirilib.
Vətəndaşlara İrandan quru yolu ilə Ermənistana və ya Türkiyəyə getmək tövsiyə edilib.
Bəsti Rəfizadə
Sfera.az


































