İran generalı: "Xalqımızın üzərinə İŞİD terrorçularını göndərdilər"

12:07 / 13.01.2026
404
İsrail və ABŞ kütləvi iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını və mülki şəxsləri öldürən İslam Dövləti (İD) qruplaşmasının döyüşçülərini İrana göndəriblər.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi bildirib.
İran dövlət televiziyası onun sözlərini sitat gətirib:
"ABŞ və sionist rejimi 12 günlük müdafiə müharibəsindəki məğlubiyyətlərini kompensasiya etmək üçün böyük xalqımızın üzərinə İŞİD terrorçularını göndərdilər və vəhşi heyvanlardan da betər olan bu muzdlular mülki şəxsləri və təhlükəsizlik işçilərini öldürdülər".
Fidan Hacızadə
Sfera.az


































