Baş nazir seçildi, ilk zəngini Zelenskiyə etdi

Baş nazir seçildi, ilk zəngini Zelenskiyə etdi
Kateqoriya məlum deyil
T

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. 


Sfera.az xəbər verir ki, bu, Takaiçinin 21 oktyabrda Yaponiyanın baş naziri kimi and içməsindən sonra Zelenski ilə ilk söhbətidir.


Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, danışıqlar təxminən 30 dəqiqə davam edib. 


“Baş nazir Takaiçi vurğuladı ki, Yaponiyanın Ukraynanın yanındadır bə bu mövqeyini dəyişməyəcək”, – deyə bəyanatda qeyd olunur.


Takaiçi, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün Ukraynaya qəti dəstəyini davam etdirəcəyini bildirib və Zelenskiyə şəxsi hörmətini ifadə edib.


Yaponiyanın ilk qadın baş naziri olan Takaiçi administrasiyası Ukrayna ilə bağlı əvvəlki siyasəti davam etdirir. 


Qeyd edək ki, Takaiçinin baş nazir kimi xarici liderlərlə ilk danışıqları oktyabrın sonunda keçirilən “istəklilər koalisiyası”nın onlayn görüşü zamanı baş tutub.


2019–2021-ci illərdə xarici işlər naziri vəzifəsində çalışmış yeni nazir Toşimitsu Moteqi isə Yaponiyanın Ukraynaya hərtərəfli dəstəyini davam etdirəcəyini və Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirəcəyini bəyan edib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ