Vaşinqton razılaşmaları yalnız diplomatik sənəd deyil, beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu proses həm regional sabitliyin təmin olunması, həm də qlobal siyasətdə dialoqun güclənməsi baxımından əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu prosesdəki fəaliyyəti xüsusi diqqətə layiqdir. Onun uzaqgörən və balanslaşdırılmış siyasəti, həmçinin dialoqa üstünlük verməsi tərəflər arasında etimad mühitinin formalaşmasına mühüm təsir göstərmişdir. Diplomatik bacarıq və strateji yanaşma sayəsində Azərbaycan yalnız öz mövqeyini möhkəmləndirməklə kifayətlənməmiş, eyni zamanda regionda sülh və sabitlik üçün yeni imkanlar yaradıb.
Vaşinqton razılaşmaları qarşıdurmaların daha sıx dialoq müstəvisinə keçirilməsinə imkan verən bir platforma oldu. Bu, tərəflər arasında uzunmüddətli sabitlik üçün zəruri olan etimadın bərpasını təmin etdi. Analitik baxışla yanaşdıqda, razılaşmalar təkcə hazırkı böhranların həlli üçün deyil, həm də gələcəkdə mümkün gərginliklərin qarşısının alınması üçün strateji əhəmiyyət kəsb edir.
Razılaşmaların uğurlu nəticələnməsi Prezident İlham Əliyevin liderliyinin və yüksək diplomatiyasının göstəricisidir. O, həm döyüş meydanında, həm də diplomatiya masasında milli maraqları qətiyyətlə müdafiə edərək, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirmişdir. Bu yanaşma bir daha təsdiqlədi ki, dövlət başçısının liderliyi istər hərbi-siyasi məsələlərdə, istərsə də diplomatik müstəvidə mühüm əhəmiyyət daşıyır.
Vaşinqton razılaşmaları Azərbaycanın beynəlxalq siyasətdə əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi tarixə düşəcək. Bu razılaşmalar göstərdi ki, müdrik və strateji liderliklə, diplomatiyanın imkanlarından maksimum istifadə etməklə regionda sabitlik və əməkdaşlıq mühiti formalaşdırmaq mümkündür. Azərbaycan bu prosesdə təkcə öz milli maraqlarını müdafiə etməmiş, həm də regional təhlükəsizlik və qlobal diplomatiya üçün nümunəvi bir model ortaya qoymuşdur.
Göydəniz Qəhrəmanov
Millət vəkili