Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropaya hücum planları olduğuna dair yayılan xəbərlərə münasibət bildirib. O, Rusiyanın heç kimə hücum etmək niyyətində olmadığını söyləyib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Putin Çinin paytaxtı Pekində Slovakiya Baş naziri Robert Fiko ilə görüşüb.
Görüşün mətbuata açıq hissəsində çıxış edən Rusiya prezidenti Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi məsələsində konsensus əldə oluna biləcəyini bildirib.
O, Ukraynanın təhlükəsizliyini necə təmin edəcəyinə özü qərar verməli olduğunu vurğulayıb:
“Ukraynanın təhlükəsizliyi, Rusiyanın təhlükəsizliyi bahasına təmin oluna bilməz. Rusiya Ukraynanın NATO-ya üzvlüyünü qəbul edə bilməz. Kiyev, Ukrayna infrastrukturuna ciddi hücumlara cavab olaraq Rusiyaya zərər verməyə çalışır. Moskva, Ukraynanın Rusiya enerji infrastrukturuna hücumlarına uzun müddət dözdü və sonra ciddi şəkildə cavab verməyə başladı”.
Putin həmçinin Qərb ölkələrində Rusiyanın Avropaya hücum planları olduğuna dair yayılan xəbərlərə də reaksiya verərək bu iddianı yalanlayıb.
Bəsti Rəfizadə
Sfera.az