ABŞ sakini 1996-cı ildən 2012-ci ilə kimi həyatının 17 ilinin yaddaşını itirdiyini deyib. O, erkən uşaqlığı ilə bağlı heç nə xatırlamadığını qeyd edib.
Sfera.az bildirir ki, kişinin sözlərinə görə, bu barədə heç kimə, o cümlədən qohumlarına, dostlarına, həmkarlarına deməyib.
Kişi 1996-cı ildə Orlandoda (Florida) yaşadığını və demo lent yazan və Hard Rock Cafe şəbəkəsi müəssisələrinin birində ifa edən qrupda çıxış etdiyini bildirib. Onun aydın adlandırdığı növbəti xatirə 2012-ci ilə təsadüf edir. Amerikalı indiana ştatına gedib, valideynləri ilə birgə yaşayıb və bir restoranda qabyuyan işləyib.
Yazı müəllifinin sözlərinə görə, o, həm də erkən uşaqlığı haqqında - xüsusən, 1980-ci ildən əvvəl baş verən hadisələr haqqında heç nə xatırlamır.
Buna baxmayaraq, 2012-ci ildə yuxudan ayılanda maşınının harada dayandığını, işə necə getməli olduğunu bilirdi və həmkarlarını tanıyıb.
"Bu barədə heç kimə deməmişəm. Hətta işdə də - heç nə olmamış kimi ora getməyə davam edirdim"- o yazıb.
Həmin şəxs tibbi müayinədən keçmədiyini də etiraf edib, çünki pulu ödəyə bilmir.
Hekayə platformalarda aktiv müzakirələrə səbəb oldu. İstifadəçilər baş verənlərlə bağlı travmatik amneziyadan tutmuş dissosiativ yaddaş pozğunluğuna qədər müxtəlif versiyalar irəli sürüblər. Lakin müəllifin özü hələ də tibbi yardıma müraciət etməyib və rəsmi diaqnoz almayıb.
Xanım