Özünü Castin kimi təqdim edən fırıldaqçı 10 min dollar qazandı - FOTO

Özünü Castin kimi təqdim edən fırıldaqçı 10 min dollar qazandı - <span style="color:#ff0000">FOTO</span>
Kateqoriya məlum deyil20.08.25, 21:0031 👁️
T

Kanadada qeyri-adi fırıldaqçılıq baş verib. 

 

Belə ki, 29 yaşlı Dilan Desklos özünü Kanada pop ulduzu Castin Biber kimi təqdim edərək Las-Veqasda cəsarətli bir dələduzluq təşkil edib. 

 

Sfera.az bildirir ki, fırıldaqçı beşulduzlu Wynn Las Vegas otelində prestijli gecə klubunun səhnəsinə çıxmağı bacarıb və orada bir neçə mahnı ifa edərək 10 min dollar qazanıb.

 

Dələduzluq məşhur DJ Qriffin çıxışı zamanı baş verib. Klub işçiləri DJ-ə əsl Biberin gəldiyini və onun şousunda oxumaq istədiyini bildiriblər.

 

"Qaranlıq otaq və yüksək səsli musiqi bunu anlamağa kömək etmədi" - deyən DJ Qriffin daha sonra “İnstaqram”da fırıldaqçı ilə bağlı hadisəni şərh edərək zarafatlaşıb. O hətta Castinə zəng edərək vəziyyəti izah edib.

 

Sosial şəbəkələrdən yayılan videoda tünd eynəkli köynəksiz döyməli adamın səhnədə böyük tamaşaçıların qarşısında hitlər ifa etməsi əks olunub. Tamaşaçılar əsl Biberi izlədiklərinə əmin olaraq hər şeyi telefonlarına çəkiblər.

 

Desklos mahnının bir neçə misrasını oxuyaraq, heyət fırıldaqın üstünü açana qədər şiddətlə rəqs edib. 

 

Otel rəsmiləri izah edib ki, saxta Biber hadisəsi onları klubun səhnəsinə və elit sahələrinə daxil olmaq imkanı verən çox mərhələli bir təhlükəsizlik sxemi təşkil etməyə vadar edib. 

 

Fırıldaqçı isə qovulub və gələcək ölkəyə girişi qadağan edilib. 

 

"4 dəqiqə 27 saniyədən sonra ən pis xəbəri aldım, səhnədəkinin Castin olmadığı məlum oldu. Bu, tamamilə saxta idi" - deyə məyus olan Qriffin yazıb.

 

Desklos və "ekipajı", yəni əlaltıları elit məkanda qaldıqları müddətdə yığdığı bütün ödənişləri geri qaytarmağa məcbur olub.

 

Aynil

PAYLAŞ
Sehliyali
Yüklənir...