İsrail Qəzzada yekun nəticə əldə edə biləcək? - RƏY

İsrail Qəzzada yekun nəticə əldə edə biləcək? - <span style="color:#ff0000">RƏY</span>
Kateqoriya məlum deyil20.08.25, 12:5269 👁️
T

İsrailin müdafiə naziri İsrail Katz Qəzzanın ələ keçirilməsi planını təsdiq edib. Müdafiə naziri gözlənilən əməliyyatı “Gideonun Arabaları 2” adlandırıb. Bununla bağlı ehtiyatda olan 60 000 hərbçi xidmətə çağırılıb.


İsrailin baş naziri Benyamin Netanyahu da artıq məsələni birdəfəlik bitirmək niyyətində olduğunu bəyan edib.


Maraqlıdır,  anidən atılan bu addımın pərdəarxasında hansı məqamlar dayanır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, İsrail tərəfindən Qəzzada əməliyyatın keçirilməsi ilə bağlı qərarın təsdiqlənməsi beynəlxaq ctimaiyyətin Fələstini tanıması ilə bağlı səslənə bəyənatlarından sonra daha da aktivləşdi və İsrail üçün həyata keçirilməsi vacib olan plan halına gəldi.

 

 
Onun sözlərinə görə, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının üzvlərindən biri olan Fransanın bu fikri səsləndirməsi Netanyahu hökumətini hərəkətə gətirən əsas amillərdən biri oldu. Netanyahu beynəlxalq ictimaiyyətin Fələstini tanıması halında artıq bu planla Qəzzanın İsrail tərəfinin nəzarətində olduğu mesajı veriləcəyini düşünür.  


Politoloq nəzərə çatıdırb ki, əməliyyatın “Gideonun Arabaları 2” adlandırılması təsadüfi deyil:


“Gideon Bibliyada olan bir personajdır, o, təxminən 300 nəfərlik qüvvə ilə Midiyalılara qarşı vuruşub qalibiyyət qazanıb. Tarixdə də həmişə az qüvvə ilə çoxluğa qalib gəlmək kimi istifadə olunur. Burada da görünür ki, İsrail “çoxluq” deyəndə təkcə HƏMAS-I nəzərdə tutmur, sanki ona qarşı diplomatkc mövqelər sərgiləyən bir sıra beynəlxalq aktorları da nəzərdə tutur. “Arabalar” sözü isə müasir sialh-sursatı əvəz edir. Netanyahu bu adı seçməklə əməliyyatla ilahi bir mesaj verməyi nəzərdə tutur”. 


Siyasi şərhçinin fikrincə, Netanyahu öz hakimiyyətini qorumaq üçün bu addımı çıxış yolu kimi görür:


“Artıq onun özünə qarşı da ölkə daxilində sıxışdırılmalar mövcuddur. Özü də bilir ki, müharibə davam etdiyi təqdirdə İsrail xalqının da ciddi narazılığı ilə qarşı-qarşıya qalacaq. Bu barədə bir sıra aksiyaların da artıq şahidi olmuşuq. Bir növ müharibəni tam olaraq yekunlaşdıran lider kimi tarixə düşmək istəyir. Bu addımı ataraq Qəzzada nəzarəti ələ almaq və məsələləri həll etmək niyyətindədir. Bunu isə zaman göstərəcək”.

 

Ü.Zülfiqar sonda vurğulayıb ki, indiki vəziyyətdə hansı proseslərin baş verməsindən asılı olmayaraq, Qəzzanın özünə gəlməsi, oradakı insanların, o cümlədən şəhərin infastrukturun normal hala gəlməsi müəyyən qədər vaxt aparacaq.

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...