Unibank səhmdarlarının nizamnamə kapitalındakı payında dəyişiklik edilib

Unibank səhmdarlarının nizamnamə kapitalındakı payında dəyişiklik edilib
 
Bu günlərdə "Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları
arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında
iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb. Cənab Eldar Qəribov Bankın
Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə, onu bir az da
artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib.
Həmin əqd Bankın törəməsi olan "Unicapital” İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin
vasitəçiliyi ilə bağlanıb və həcmi 16 392 273 ədəd adi adlı sənədsiz səsli səhmdən ibarət
olmaqla, Bankın bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni
təşkil edib.
"Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov AYİB-in "Unibank”ın fəaliyyətində
xüsusi iştirakı və mühüm rolu olduğunu vurğulayıb. O, AYİB-in uzun illər "Unibank”ın
səhmdarı olduğunu və beynəlxalq maliyyə qurumu kimi Banka öz uğurlu korporativ idarəçilik
təcrübəsini gətirdiyini xüsusilə qeyd edib. Belə ki, ölkə iqtisadiyyatında dəyişikliklərin olduğu
2015-2017-ci illərdə "Unibank”ın iri səhmdarı olaraq, Bankın kapitalının artırılmasında
yaxından iştirak edib və dəstəyini göstərib. AYİB-in də yaxından dəstəyi nəticəsində Unibank bu
dəyişiklik mərhələsindən uğurla keçərək, yenidən ölkə bank sektorunun aparıcılarından birinə
çevrilib. Müşahidə Şurasının sədri buna görə bütün səhmdarlar adından "Unibank”ın inkişafına
verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürünü ifadə edib. AYİB-in bundan sonra da
Bankın səhmdarları sırasında qamasından məmnun olduğunu bildirib.
AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə isə "Unibank”la əməkdaşlıq
təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir.
"Unibank”ın AYİB-in ilk investisya etdiyi, səhmdarı olduğu Azərbaycan banklarından olduğunu
xatırladan xanım Duarte vurğulayıb ki, AYİB Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan
"Unibank”a onun kapitalının gücləndirilməsində iştirak etməklə dəstək göstərib və birlikdə uzun
və səmərəli bir yol keçilib. Xanım İvana Duarte bu müddət ərzində "Unibank”ın digər
səhmdarları ilə birgə Azərbaycan iqtisadiyyatına dəstək verməkdən, xüsusən də qeyri-neft
sektorunun inkişafında yaxından iştirakdan çox məmnun olduqlarını bildirib, bundan sonra da
"Unibank”la birgə bu faydalı əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət
şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial
layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq
görülüb.
Unibank- hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...