No Image
No Image
No Image

Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi

Unibank 20 vətəndaşımızın şəxsi biznesini  yaratmaq arzusunu həyata keçirdi
 

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank 20-dən artıq vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib. Bu dəfə bank daha dörd vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb.

 

Həssas əhali qruplarına daxil olan Gəncə sakini Nərgiz Həmzəyeva, Bərdədən Züleyxa Cəfərova,Salyanda yaşayan Esmira Hüseynova və Bakı sakini Yeganə İbrahimova özünüməşğulluq layihəsi çərçivəsində "Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.

 

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

 

Unibank-hər kəsin bankı!

OXŞAR XƏBƏRLƏR

Biznesmen Hadrut uğrunda döyüşən əsgərin avtomobil arzusunu həyata keçirdi - FOTO/VİDEO

"Novco Group of Companies"- in təsisçisi və direktoru, biznesmen, səyyah, alpinist və bloger Fərid Novruzi xidmətdə olan əsgərin arzusunu həyata keçirib. ...

Erməni polkovnik, “Qarabağ qəhrəmanı” məhv edildi – FOTO

Azərbaycan Ordusu Qarabağda işğalçı ordunun batalyon komandiri, polkovnik, "Qarabağ qəhrəmanı” Ara Avaqyanı məhv edib. Sfera.az xəbər verir ki, bu məlumat...

Qarabağ dağlarında erməni terrorçuları - FOTOFAKT

Ermənistanda hələ Qarabağ döyüşlərindən xeyli əvvəl yüksək rütbəli məmurlar, polkovniklər, ordu generalları, həmçinin döyüş sənəti ustalarının da daxil olduğu n...

“Ermənistan öz tələsinə düşüb?” - Amerikalı professor

Ermənilərin əfsanəvi ixtiraçılığına baxmayaraq, Ermənistan özünün yaratdığı, intellektual cəhətdən zəngin, iqtisadi cəhətdən kövrək ölkəsini iflas edən və öz ...

Ermənistanda tabut qıtlığı: Məhv edilən hərbçilər kütləvi şəkildə dəfn edilir - FOTOLAR + VİDEO

Ermənistan silahlı qüvvələri böyük itkilərini hər gün hissə-hissə açıqlayır. Sfera.az  xəbər verir ki, artıq düşmənin rəsmi açıqladığı rəqəmlərlə 834...

1992-ci il, Şuşada sonuncu çay... - FOTOLAR

"National Geografic” jurnalının tanınmış foto-jurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) Şuşada 1992-ci ildə çəkdiyi fotoları pay...