Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq gücləndirilir -FOTOLAR

Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq gücləndirilir -FOTOLAR
"İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Ukraynanın Kiyev şəhərinə səfəri çərçivəsində Beynəlxalq Regionlararası Heyətin İdarəedilməsi Akademiyasını(MAUP) ziyarət edib. Ukraynanın ən böyük ali təhsil müəssisələrindən biri olan akademiyaya səfər çərçivəsində birliyin sədri Fərid Şahbazlı və Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli universitetin rəhbərliyi və azərbaycanlı tələbələrlə görüşüb.

İGİB-in nümayəndə heyəti ilk öncə Ulu öndər Heydər Əliyevin universitetdəki büstünü ziyarət edib. Daha sonra universitetdə təhsil alan azərbaycanlı fəal gənclərlə görüş keçirilib və onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, birliyin təşəbbüsü ilə azərbaycanlı və ukraynalı tələbələrlə birgə hər iki ölkənin bayraqlarının müşayəti ilə fləşmob baş tutub.

Daha sonra akademiyanın prezidenti Rostislav Şekin beynəlxalq əlaqələr şöbəsinin müdiri Andrey Bojkov və digər rəsmi şəxslərin iştirakı ilə baş tutan görüşdə bu təhsil müəssisəsi ilə Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri və universitetdə təhsil alan azərbaycanlı tələbələrin təhsil vəziyyəti müzakirə olunub.
Aparılan qarşılıqlı müzakirələrin yekununda MAUP-la Azərbaycan universitetləri arasında aktiv əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icrası ilə bağlı razılığa gəlinib. 

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...