Ukrayna buna görə Türk Şurasına müraciət etdi... – Şərh

Ukrayna buna görə Türk Şurasına müraciət etdi... – Şərh
"Ukraynanın Türk Şurasında müşahidəçi statusu almaq üçün müraciət edəcəyi bəlli idi. Belə ki, Ukrayna Krımın işğal olunduqdan, Donetsk Luqanskda separatçı hərəkat başladıqdan sonra xarici siyasətində əsaslı dəyişiklik etdi. Bütün bu proseslər fonunda rəsmi Kiyev türk ölkələrinə yaxınlaşmağa başladı”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı Ukraynanın Türk Şurasında müşahidəçi statusu almaq üçün müraciət ertməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türk Şurasında müşahidəçi statusu almaq istəyən Ukraynanın qarşısında bir sıra problemlər var:

"Birincisi, rəsmi Kiyevin Türk Şurasında müşahidəçi qismində üzv olmaq niyyəti onun çoxvektorlu xarici  siyasətin təcəssümüdür. Ukrayna həm də Türk Şurasında özünə müttəfiq axtarmaq istəyir. Lakin türk ölkələrinin heç də hamısı Kiyevin bu istəyi ilə həmfikir deyil. Məsələ ondadır ki, Qazaxıstan və digər Rusiyaya yaxın olan ölkələr Krımı Ukraynanın deyil, Rusiyanın ərazisi olaraq tanıyır. Bu mənada elə başda Qazaxıstan Kiyevin bu istəyini ya qəbul etməyəcək, ya da tərəfsiz qalacaq.

İkincisi, Ukrayna kimi Rusiya da bu gün Türk Şurasında müşahidəçi statusu almaq istəyir. Onu da qeyd edim ki, Moskvanın bu tələbi Ukraynadan daha haqlıdır. Çünki Rusiya tərkibində bir yox, bir çox türk etnosu yaşayır və bunların bir çoxu daxili subyekt hesab edilir. Bu mənada Kreml bu istəyini həm də daxilindəki türk etnosları ilə əsaslandırır.

Hər halda Ukraynanın Türk Şurasında müşahidəçi statusu almaq üçün müraciətinin yekun nəticəsini  12 noyabrda Türk Şurası liderlərinin sammitində biləcəyik”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024)&nb...

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...