No Image
No Image

UEFA Çexiya klubunun futbolçusuna 10 oyunluq cəza verdi

UEFA Çexiya klubunun futbolçusuna 10 oyunluq cəza verdi
UEFA Çexiyanın "Slaviya" (Praqa) komandasının futbolçusu Ondrjey Kudela ilə bağlı yekun qərarını açıqlayıb.

Sfera.az xəbər verir ki, 34 yaşlı müdafiəçi irqçiliyə yol verdiyinə görə sərt cəza alıb. O, 10 oyunluq diskvalifikasiya olunub.

Kudela Praqa təmsilçisinin səfərdə Şotlandiya "Reyncers"ini 2:0 hesabı ilə məğlub etdiyi Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında rəqib komandanın yarımmüdafiəçisi Qlen Kamaraya qarşı irqçi ifadələr işlədib. Nəticədə arxa xətt oyunçusu final fitindən sonra tuneldə təhqir etdiyi futbolçu tərəfindən döyülüb. Kamara bu hərəkətinə görə 3 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, ilk matçda "Reyncers"lə 1:1 hesablı heç-heçə edən "Slaviya" cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Praqalıların bu raunddakı rəqibi isə İngiltərə "Arsenal"dır. Londondakı ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cavab görüşü aprelin 15-də Çexiyada olacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR