Ucarda arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi

Ucarda arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərildi
Ucar rayonunda qadını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sfera.az-ın xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə aprelin 14-də saat 15 radələrində Ucar rayonu, Qarabörk kəndi ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Kərimova Validə Məzahir qızının bıçaqlanaraq öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri Məmmədov Qasım Fazil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qasım Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kriminal dünyada böyük savaş - "Lotu Quli"nin rəqibi sıradan çıxarılır

Ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifov (Lotu Quli) və onun klanına qarşı əks cəbhədə dayanan gürcü əsilli "qanuni oğru” Zaxa...

Arvadını boğaraq öldürən şəxs 12 il azadlıqdan məhrum edildi

Zərdabda arvadını boğaraq öldürməkdə təqsirləndirilən Məhərrəm Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sfera.az-ın  məlumatına görə, Ş...

Müğənnini boşanmaq istəmədiyi üçün öldürübmüş - Moteldəki qətlin TƏFƏRRÜATI

Ötən il sentyabrın 2-də Bakıda yerləşən moteldə əri tərəfindən öldürülən Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum olub. Sfera.az xəbər verir ki, hadis...

Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü

Emin və Firuzə (adlar şərtidir) 2009-cu ildə ailə həyatı qurublar. Onların bu nikahdan iki övladları dünyaya gəlib. Firuzə həm də Eminin anasının xalası n...

Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - DETALLAR

Naxçıvanın hazırda həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəmə istintaqı zamanı cəmi iki il ərzində təkcə sürücülük vəsiqəsinin və avtomobil n...

Azərbaycanlı "qanuni oğru" saxlanıldı - Cibgirlik edirmiş

Türkiyənin İstanbul şəhərində "qanuni oğru" Arif Mehdiyev (Arif Sumqaitski) saxlanılıb. Sfera.az xəbər verir ki, o İstanbulun "Sabiha Gökçen" aeroportunda...