Türkiyənin "Petkim" limanında yanan gəmi SOCAR-a məxsus deyil

Türkiyənin

Dünən axşam saat 23:20 radələrində Petkim limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq  üçün yaxınlaşan zaman İtaliya bayraqlı, "Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib.

Sfera.az xəbər verir ki, bu barədə "APA"ya "SOCAR Türkiyə”dən bildirilib. 

"Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülmüş, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir", - deyə "SOCAR Türkiyə”dən qeyd olunub.

Məlumata əsasən, bütün  gəmi əməkdaşları təxliyə edilmiş; yaralı bir gəmi əməkdaşı vəfat etmiş , qazdan zəhərlənən bir nəfər isə  müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilmişdir. Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib. Partlayış yanğına səbəb olub. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 16 nəfər müxtəlif xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR

Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcək - AÇIQLAMA

  Həftəsonları hansı taksilərin fəaliyyət göstərəcəyi məlum olub. Sfera.az xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsinin ictimaiy...

SON DƏQİQƏ! DİN VACİB məlumat yaydı - TƏCİLİ

  Daxili İşlər Nazirliyi Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi və aksiya keçirməsi ilə bağlı açıqlama verib. Sfera.az &n...

DTX XİN-in bu əməkdaşlarını saxladı - ADLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan şəxslərdən ikisinin adı məlu...

DTX XİN-dəki həbslərlə bağlı məlumat yaydı - RƏSMİ

DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir. Sfera.az DTX-nin saytına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz sə...

AzTV-dən koronavirusdan ölən baş redaktorla bağlı - AÇIQLAMA

  "Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) də əməkdaşı, Əməkdar incəsənət xadimi Etibar Babayevin ölümü ilə bağlı məl...

Azərbaycanın bu bölgəsində COVİD-19-a yoluxma yoxdur

  Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir. Sfera.az  xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəs...