Türkiyəli futbolçu avtomobil qəzasında həlak oldu

Hadisə
13:42 / 11.01.2022
1202
Türkiyəli futbolçu, "Konyaspor"un müdafiəçisi Əhməd Çalık avtomobil qəzasında həlak olub.
Sfera.az xəbər verir ki, 27 yaşlı futbolçu Ankarada avtomobilin idarəetməsini itirərək qəza törədib və nəticədə avtomobil aşıb.
Futbolçu hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, 2020-ci ildən "Konyaspor"da çıxış edən Ə.Çalık 2017-2020-ci illərdə "Qalatasaray"ın heyətində çıxış edib və iki dəfə Türkiyə çempionu olub. Bundan başqa, o, Türkiyə kubokunun və Superkubokunun sahibi olub.