\"Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, Rusiyanın məhsulları isə bahalaşacaq\" - PROQNOZ

\
"Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Türkiyədə lirənin minumum səviyyəyə düşməsinin bir neçə səbəbi var: 

"Birincisi, Türkiyənin xarici ticarətdə mənfi saldosu. İkincisi, turizmdən gələn gəlirlərin kəskin azalması. Nəhayət, ən əsası, Türkiyə prezidenti Ərdoğanın Mərkəzi Bankın müstəqilliyini əlindən alması. 

Rusiyada isə, rublun ciddi dəyər qazanmasını görürük. Ötən gün bir dollar 69 rubla qədər ucuzlaşdı. Bunun da 2 əsas səbəbi var: Dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, neftin, qazın bahalaşması və Rusiya Mərkəzi Bankının ard-ardına faiz artımına getməsi, uçot dərəcəsini artırması”.

İqtisadçı qeyd edib ki, məntiqlə, Azərbaycana Türkiyədən gətirilən mal-məhsullar ucuzlaşmalı, Rusiyadan gətirilənlər isə bahalaşmalıdır:

"Məmləkətdə məntiq adlı məfhum işləmədiyinə görə, Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, amma Rusiyadan gələn mal-məhsulların ciddi bahalaşmasını görəcəyik. Bizdə məzənnə siyasi, inzibati məfhum olduğuna, əmrlə məzənnə təyin edildiyinə görə, hələ ki, dəyişməyəcək. Çünki neft bahadır. Amma ölkədə, ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedir – manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların real gəlirlərinin kəskin azalmasına səbəb olur, bu isə kasıblığı dərinləşdirən əsas faktorlardan biridir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI

Masazır qəsəbəsində evdən oğurluq edilib.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 m...

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat ver...

Röya oğlunun Aygün Kazımovaya qarşı etdiyi hərəkətdən DANIŞDI: "Bunların nəslindən..."

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.   Sfera.az olay.az-a istina...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...