Türkiyədə silahlı insident 2 ölü, 8 yaralı

Türkiyədə silahlı insident  2 ölü, 8 yaralı

Türkiyənin Niğde əyalətinin Bayat kəndində silahlı insident olub.

 

Lent.az "CNN Türk”ə istinadən xəbər verir ki, hadisə iki qrup arasında baş verib.

 

İki qrupun davasında tərəflər odlu silahdan istifadə edib. Nəticədə 2 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

 

Hadisə yerinə polis və jandarm qüvvələri cəlb olunub, araşdırmalara başlanılıb. Yaralılar isə xəstəxanalara yerləşdirilib.

 

İnsidentin səbəbləri hələlik məlum deyil.


OXŞAR XƏBƏRLƏR