Türkiyədə peyvəndlənmənin tarixi məlum oldu

Türkiyədə peyvəndlənmənin tarixi məlum oldu
Təhlükəsizlik və sabitlik mühitini gücləndirərək itkilərimizi kompensasiya edə bilən daha böyük yüksəlişə hazırlaşırıq.

Sfera.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin 2021-ci ilə dair birinci iclasından sonra xalqa müraciətində deyib.

Türkiyənin daxili siyasəti, terrorçuluqla mübarizənin vəziyyəti, strateji inkişaf hədəfləri barədə müfəssəl məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, energetika, sənaye, kənd təsərrüfatı, ticarət və s. sahələr üzrə dinamizmi qorumaq üçün kompleks tədbirlər həyata keçirilir. O cümlədən, quraqlıq problemlərini aradan qaldırmaq diqqət mərkəzində olan mühüm məsələlərdəndir.

Müraciətində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mübarizə tədbirlərinə, eləcə də tətbiq olunan məhdudiyyətlərə geniş yer ayıran Türkiyə dövlət başçısı bildirib ki, maska taxmaq, sosial məsafəni gözləmək və təmizlik qaydalarına əməl etmək dəyişməz tələblərdir. Mövcud sərt məhdudiyyət tədbirləri isə vəziyyət normallaşanda tədricən və mərhələli şəkildə yumuşaldılacaq. İnfeksiyaya qarşı peyvəndləmə isə yanvarın 14-də, ya da 15-də başlaya bilər.

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan "Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Bu peyvəndin Türkiyəyə gətirilən ilk partiyası ölkə laboratoriyalarında yoxlamadan keçirilib.

OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...