Türkiyədə meşə yanğını daha bir nəfərin həyatına son qoydu

Türkiyədə meşə yanğını daha bir nəfərin həyatına son qoydu
Türkiyənin Manavqat bölgəsində meşə yanğınları səbəbindən 3 nəfərin ölümündən sonra daha bir bölgədən ölüm xəbəri alınıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Muğlada baş vermiş meşə yanğınları səbəbindən 25 yaşlı Şahin Akdemir tüstüdən zəhərlənərək dünyasını dəyişib. O, yanğını söndürməyə yardım edərkən həyatını itirib. 

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Tvitterdən ölən gəncin ailəsinə və yaxınlarına başsağlığı verib.  

OXŞAR XƏBƏRLƏR