Türkiyədə hiperinflyasiya ola bilər – Bədbin PROQNOZ

Türkiyədə hiperinflyasiya ola bilər – Bədbin PROQNOZ
Türk lirəsinə təzyiqlər davam edir. Çərşənbə axşamı kəskin dəyər itirən türk lirəsi son 2 gündə bir qədər bahalaşsa da, lirənin dəyərdən düşməsi ehtimalı hələ də güclüdür.

Sfera.az bildirir ki, yeni ticarət gününə 11,9 səviyyəsində başlayan dollar/TL məzənnəsi 1 faizdən çox artaraq 12,1 səviyyəsini keçib.

Dollar/TL-nin 1 aylıq nəzərdə tutulan volatilliyi 179 baza bəndi artaraq təxminən 53 faiz olub. 

Türkiyədəki vəziyyəti izləyən xarici maliyyə qurumları bədbin proqnozlar verməyə başlayıblar. "Societe Generale”nin Bazarlar Strategiyası üzrə meneceri Fhoeniks Kalen bildirib ki, türk lirəsinə inamın azalması müşahidə edilir. Onun fikrincə, bu vəziyyətdə insanlar aktivlərini banklardan çəkə bilər, maliyyə bazarlarında sabitlik pisləşə və türk lirəsinin dəyər itirməsi hiperinflyasiyaya səbəb ola bilər.

"Unicredit” iqtisadçısı Gökçe Çelik isə türk lirəsində likvidlik məhdudiyyətlərinin tətbiqini gözlədiklərini və ilk növbədə valyuta məzənnəsinin ucuzlaşmasının qarşısını almaq üçün ehtiyatlardan istifadə edilə biləcəyini, lakin bu tədbirlərin uzunmüddətli perspektivdə nəticə verməyəcəyini və nəticədə faiz artımının olacağını vurğulayıb.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni sənətdən GETDİ - İsraildə həkim işləyir

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, üzvü olduğu keçmiş "N-brothers" qrupu barədə danışıb. &nb...

7-ci sinif şagirdini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, 7-ci sinif şagirdi Seymur Qədirlini maşın vuraraq öldürüb.&nbs...

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...