Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
18:37 / 19.09.2021
1513
Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub.
Sfera.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Stefan Kuntzla anlaşıb.
Almaniyalı mütəxəssis bu postda Niderlanda görüşdə 1:6 hesablı məğlubiyyətdən sonra istefa verən Şenol Güneşi əvəzləyəcək.
Baş məşqçi ilə müqavilə sabah, 20 sentyabrda imzalanacaq.