\"Türkiyə, Rusiya və Azərbaycan arasında danışıqlar təcili başlamalıdır” – Sülhməramlıların mandatı məsələsi niyə həll olunmur?

\
"Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var. Lakin heç kim bir suala cavab vermir – bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir?".

Sfera.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Eks nazir Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqların aparılmasının zəruriliyini qeyd edib:

"Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur – bu, mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra anlaşma memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası prezidentinin bəyanatı qəbul edilir. Daha sonra, ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq parlament tərəfindən təsdiqlənir.

Ölkəmizdə həm hökumət, həm də ictimaiyyət və müxalifət tərəfindən sülhməramlı qüvvələrin və müşahidə missiyasının fəaliyyətinə iradlar səslənir. Lakin 10 noyabrdan sonra olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb.
Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədə uyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı. İctimai müzakirənin özü, qanuni cəhətdən məcburi xarakter daşıyan mətn üçün əsas olacaq ictimai gözləntilərin çərçivəsini müəyyənləşdirərdi. Dumanlı, hüquqi qeyri-müəyyənlik İkinci Vətən Müharibəsi dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır".

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın FİFA referisi təyinat aldı

Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov təyinat alıb.   Sfera.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər ve...

Bu həftənin ən uğurlu BÜRCLƏRİ

Bu həftə bəzi bürclərin xüsusilə uğurlu olacağı təxmin olunur. Belə ki, müəyyən planetlərin hərəkətləri və əlaqələri onların həyatında fərqli sahələrdə müsbət t...

“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi – VİDEO

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) yaranmasının 30 illiyini əks etdirən tanıtım videosunu ictimaiyyətə təqdim edib.   Təxminən iki dəqiqəlik video Şirk...

Naxçıvan Ali Məclisində yeni təyinat

Nargilə Məharət qızı Vəliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.   Sfera...

Prezident Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləş...

Qəzzada 5 mindən çox insan itkin düşdü

İsrail 7 oktyabr 2023-cü ildən Qəzzanı, xüsusən də onun şimal bölgəsini intensiv bombardmanlar altında saxlayır.   Sfera.az xarici KİV-ə istinad...