Türkiyə daha bir antiterror əməliyyatına başladı

Türkiyə daha bir antiterror əməliyyatına başladı

Türkiyədə daha bir antiterror əməliyyatına başlanılıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin cənubunda Hatay vilayətində ordu genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

Ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, "Kapan-2” adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR