No Image
No Image

TRT HABER: Ağdamdakı dəhşətli mənzərə Ermənistanın vəhşiliyinə daha bir nümunədir

TRT HABER: Ağdamdakı dəhşətli mənzərə Ermənistanın vəhşiliyinə daha bir nümunədir
 Türkiyənin "TRT Haber” televiziya kanalı Ermənistan işğalından xilas edilən Ağdam rayonundakı tükürpədici vəziyyətlə bağlı geniş reportaj yayıb.

Sfera.az xəbər verir ki, talan edilən, qapı və pəncərələrinə, divarlarına qədər sökülüb aparılan evlərin dəhşətli mənzərəsini canlı yayımla tamaşaçılara çatdıran aparıcı real mənzərənin rayon mərkəzi də daxil olmaqla, bölgənin 27 il işğalda saxlanıldığını deyil, sanki əsrlər əvvəl dağıdılıb məhv edilməsi barədə acı təəssürat yaratdığını vurğulayıb. Ağdamdakı dəhşətli mənzərə Ermənistanın vəhşiliyinə daha bir nümunədir. Ağdamda da eynilə Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda qarşılaşdığımız acınacaqlı vəziyyətin şahidi olduq.

Diqqətə çatdırılıb ki, artıq Ağdam Cümə məscidinin işıqlandırılıb, hərbi birliklər rayonun minalardan təmizlənməsini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən azad etmək üçün Silahlı Qüvvələrimizin rəşadətli Qələbəsi ilə nəticələnən möhtəşəm zəfər və təcavüzkar Ermənistanın təslim olması Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən ən əsas mövzu kimi diqqət mərkəzində saxlanılmaqdadır.

OXŞAR XƏBƏRLƏR

“Danışıqlar “yapon teatrı”na çevrilmişdi, İlham Əliyev isə...” – “Le Monde” İkinci Qarabağ müharibəsindən yazdı

Fransanın nüfuzlu "Le Monde” nəşrində Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyətinin səbəbləri ilə bağlı məqalə yayımlanıb.   Məqalə müəllifləri - ...

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İndoneziyanın xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub. XİN-dən Sfera.az-...

Paşinyan arvadının kölgəsinə sığınmağa cəhd edir - Yeni məkrli addım

Mətbuatın yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyi əcnəbi ölkələrdəki səfirliklərinə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın dünya dövl...

Hulusi Akardan Fransa Senatının qətnaməsi ilə bağlı AÇIQLAMA

"Senatın qətnaməsi Fransanın Qarabağ məsələsində həllin deyil, problemin parçası olduğunu bir daha nümayiş etdirib”. Sfera.az  "Anadolu”ya istinadən ...

Bölgənin "açar ölkə"si Azərbaycanla əlaqələri gərginləşdirmək nə ilə nəticələnə bilər? - Qərbə AÇIQ MESAJ

Xarici mətbuata açıqlamasında ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq komandanı general-leytenant Ben Hodges bildirib ki, Qərb Qara dəniz bölgəsində əlaqələri...

Milli Məclisin Fransaya qarşı bəyanatının TAM MƏTNİ

Milli Məclisin bugünkü plenar iclasında qıbul olunmuş bəyanatın tam mətni yayılıb. Sfera.az bəyanatı təqdim edir. Fransada fəaliyyət göstərən ayrı-ayrı türkof...