“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” — Deputatdan REAKSİYA

“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” — Deputatdan REAKSİYA
 "Artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər”.

Sfera.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının toy və yas mərasimlərinin təşkili ilə bağlı yaratdığı gərginliyə münasibət bildirən deputat Fazil Mustafa qeyd edib.

Fazil Mustafaya görə, virus insanlara gələcəyi yenidən qurmaq çağırışı edir və buna görə də toy-yas mərasimləri ilə bağlı klassik adət-ənənələrimizdə də dəyişikliklər etmək lazımdır:

"Virusun islah olunmaq fikri üfüqdə görünmür, proses uzandıqca, əsəblər daha da gərilir. Virus öz inadında, azərbaycanlılar da öz inadında… Azərbaycanlılar da bir neçə ay öncə yaşadıqları və uzun illərdir, yaşatdıqları adətlərə, vərdişlərə qayıdış üçün həsrət çəkirlər.
 
Anlaşılandır, bir şadlıq evində hamı dolanırdı: müğənnidən başlamış qabyuyana qədər, aşpazdan tutmuş "Limuzin” sürücüsünə qədər. Lakin birdən-birə virusun təhdidi ilə hamının həyatı sadələşib.

Bu, o deməkdir ki, artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər. Bu, eyni qaydada mərasim evlərinə də aiddir. Virusa yoluxma təhlükəsinə görə bir yerə toplaşmaq imkanı olmayacaq. Yəni tədbirləri təxirə sala-sala getməyin də ağlabatan izahı yoxdur”.

Fazil Mustafa təklif edir ki, sözügedən sahələrdə xidmət göstərən vətəndaşların işsiz qalmaması üçün dövlət tərəfindən lazımi addımlar atılmalıdır:

"Sosial gərginliyin qarşısını almaq məqsədilə dövlət bu qəbildən olan vətəndaşlar üçün məşğulluqla bağlı şəbəkələşməni gücləndirməli, yeni iş yerlərini açmağa çalışan sahibkarları stimullaşdırmalıdır. Özəl sektorun alternativlərini artırmaq üçün inhisarçılığın hasarlarını söküb atmaq zərurəti hər kəs tərəfindən anlaşılmalıdır”. (yenicag.az)

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...