Toyda işıq söndü, gəlin bacısının nişanlısı ilə evləndi – İnanılmaz olayın təfərrüfatları…
12:07 / 11.05.2022
1609
Hindistanın Ujjain şəhərində iki bacı eyni vaxtda evlənmək qərarına gəlib.
Sfera.az xəbər verir ki, toy mərasimləri zamanı elektriklər kəsiləndə kinolarda belə yaşanmayan hadisə baş verib. Belə ki, qaranlıqda keçirilən toy mərasimində gəlin təsadüfən bacısının nişanlısı ilə evlənib.
Ujjain şəhərində bacılar Nikita və Karişma müxtəlif ailələrdən olan Danqvara Bhola və Qaneşlə eyni vaxtda evlənməyə qərar veriblər.
Cütlüyün toyunda yaranan qarışıqlıq hadisələrin nəzarətdən çıxmasına səbəb olub. Mərasimdə elektriklərin kəsilməsi gəlinlərin qaranlıqda yanlış bəylə evlənməsi ilə nəticələnib. Hər iki gəlinin üzü örtülü və paltarları eyni olduğundan səhv uzun müddət başa düşülməyib. Baş verənlər yeni evli cütlüklər evə getdikdən sonra anlaşılıb.
Qısa müzakirədən sonra razılıq əldə olunub. Gəlin və bəydən ertəsi gün mərasimi təkrar etmələri istənilib.
İnci
Sfera.az