"TikTok"da ciddi boşluq - İstifadəçilərə XƏBƏRDARLIQ edildi - FOTO

 

"TikTok" boşluğu qurbanın ziyanverici URL ilə SMS göndərməsinə yol açır.

Sfeera.az  trend-ə istinadən məlumat verir ki, "TikTok" son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlər ondan da yan keçməyib.

Belə ki, "Check Point" şirkətinin mütəxəssisləri tətbiqdə çoxsaylı boşluqlar aşkar edib. Tədqiqatçıların sözlərinə görə, cinayətkar qurbanın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

Qeyd edilir ki, "TikTok" istifadəçilərinin sayı bütün dünyada milyardı keçir - tətbiq milyard dəfə Android və iPhone cihazlarına yüklənilib. Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. "Check Point" komandası hal-hazırda boşluqların real hücumlarda istifadə olunub-olunmadığından əmin deyil, lakin ekspertlər "TikTok" tərtibatçıları ilə birlikdə təhlükəsizlik problemlərinin aradan qaldırılması üzərində çalışır.

 
Aşkar olunan boşluqlardan biri "TikTok"un SMS-imkanlarına təsir etməsidir. Məsələn, servis istifadəçilərə özlərinə tətbiqin yüklənməsi üçün keçidlə mesaj göndərməsi üçün imkan yaradır, cinayətkar isə bunu öz məqsədləri üçün istifadə edə bilər. Belə hücumun uğurlu olması üçün cinayətkar qurbanın telefon nömrəsini bilməlidir. Bu zaman hücum edən boşluqdan istifadə edəndə özünü ələ verməyəcək. Nəticədə cinayətkar mesajdakı keçidi ziyanverici URL ilə əvəz edərək, onu redaktə edə bilər. Belə SMS alan qurban hücumdan şübhələnmədiyi üçün keçidə daxil olacaq, nəticədə qurğuya ziyanverici proqram quraşdırılacaq.

OXŞAR XƏBƏRLƏR

Dəhşətli partlayış toy gününə təsadüf etdi: Bəylə gəlinin qaçma görüntüləri - VİDEO

  Livanın paytaxtı Beyrutda baş verən partlayış bəylə gəlini toy üçün fotosessiya etdirərkən yaxalayıb. Sfera.az xəbər verir ki, bu barədə "News 18”...

Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO

  Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb. Livanın "LBC International” telekanalı məlumat verir ki, Beyrut l...

Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 234,9 minə çatır

 Türkiyədə son sutkada koronavirusa daha 1 083 yoluxub. Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd e...

Beyrutda partlayış: Erməni mərkəzi göyə sovruldu - VİDEO

Livanın paytaxtı Beyrut şəhərində partlayış baş verib.   Sfera.az-ın məlumatına görə bu haqda xəbəri Zartonk Media Qrupu yayıb.   Yayılmış görün...

Tramp “TikTok”a vaxt qoydu - Yoxsa bağlanacaq

  Donald Tramp sentyabrın 15-nə qədər "TikTok” tətbiqini satmağı tələb edib. Sfera.az xəbər verir ki, ABŞ prezidenti bu fikrini Ağ Evdə jurnalistlərlə ke...

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

  Avqustun 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,89% – 26,664.40 bəndədək, S&P 500 indeksi 0,72% – 3,294.61 bəndədək, Nasdaq indeksi isə 1,4...