Tikinti materialları BAHALAŞIB - QİYMƏTLƏR

Tikinti materialları BAHALAŞIB - QİYMƏTLƏR
Ötən il mal və xidmətlərdə müşahidə edilən bahalaşma tikinti və mənzillərin təmiri xərclərində də baş verib. Bu sektorda qiymət artımları orta hesabla 10 faizi ötüb.

Sfera.az bildirir ki, daha yüksək bahalaşma ağac məmulatlarında, dəmirdən və əlvan metallardan hazırlanan tikinti materiallarında, polietilen məhsullarda, elektrik avadanlıqlarında, boya və laklarda qeydə alınıb. Ümumilikdə isə ötən il bütün əsas tikinti materiallarının qiymətində nəzərəçarpacaq artım qeydə alınıb.

Ən çox bahalaşan tikinti materialı kəsilmiş taxtadır. Kəsilmiş taxtanın bir kub metrinin qiyməti 320 manatdan 450 manata qədər artıb. İl ərzində kəsilmiş taxtada 41 faiz bahalaşma qeydə alınıb.

Ağacdan hazırlanan lövhənin (dikt) də qiyməti xeyli dərəcədə yüksəlib. Ötən il diktlərin orta qiyməti hər kvadrat metrdə 2,6 manat artaraq 12,8 manata yüksəlib. Taxta diktlərin qiymətində orta hesabla 26 faiz artım var.

Dəyəri ən çox yüksələn tikinti materialları arasında alçipan da var. Bu məhsulun kvadratı 2 manata    yaxın bahalaşaraq 5,2 manata çatıb. Alçipan qiymətlərində 36 faizə çatan artım müşahidə olunub.

Polietilen məhsulların qiyməti təxminən 18-20 faiz artıb. İlin sonunda ilin əvvəli ilə müqayisədə su boruları 18 faiz, kanalizasiya boruları 20 faiz bahalaşıb.

Plastikdan hazırlanan lambrinlər də çox dəyər qazanıb. Bu tikinti məhsullarının dəyəri 15 faiz artıb. Hazırda lambrinin kvadratının qiyməti 6,2 manatdan yüksəkdir.

Armatur, metal dam örtükləri, metal kirəmitlərin qiyməti 25 faizə qədər artıb.

Boya və laklar orta hesabla 13-15 faiz bahalaşıb.

Tikinti materiallarının bahalaşması ilə bərabər təmir xidmətlərinin də dəyərində artım var. Bütün tikinti və təmir xidmətlərinin dəyəri 10-15 faiz səviyyədində artıb.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...