Tibb dünyasında möcüzə: Ana və qızı arasında cəmi bir il fərq var - FOTO

Tibb dünyasında möcüzə: Ana və qızı arasında cəmi bir il fərq var - FOTO
ABŞ-da 1992-ci ildə dondurulan embrion sayəsində uşaq sahibi olan Tina və Benjamin Gibson bir ailə olaraq yeniliyə imza atıblar.

"New York Post” xəbər verir ki, Gibsonun körpəsi Molly tibbi ədəbiyyata canlı doğuşu həyata keçirilən ən uzun donmuş embrion kimi daxil olub. Digər tərəfdən, 29 yaşlı ana ilə qızı arasında texniki olaraq bir il yaş fərqi var.

ABŞ-ın Tennessi ştatında yaşayan Tina 2017-ci ilin noyabrında 24 il əvvəl donmuş embriondan Emmanı dünyaya gətirib.

Embrionların ikiqat dondurulduğunu öyrəndikdən sonra sağlam şəkildə yaşayan Emmaya bacı istəyən cütlük yenidən Milli Embrion İanə Mərkəzinə (NEDC) gedərək bu ilin oktyabr ayında digər embriondan başqa bir uşaq sahibi olublar.

"İllər əvvəl donmuş bir embrionun bu qədər gözəl bir körpəyə çevrildiyini görmək mənim üçün bir mükafat kimidir. Bu prosesin bir parçası olduğum üçün qürur duyuram. Embrionlar maye azot çənlərində -396 dərəcə temperaturda saxlanıldıqda, Mollidə olduğu kimi 27 ildən çox müddətdə saxlanıla bilər”, - deyə həkim Karol Sommerfelt bildirib.

ölkə.az



OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...