Hadİsə

Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər

Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər

Oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qətl hadisəsi baş verib.

Sfera.az milli.az-a istinadən  xəbər verir ki, Tərtər rayon hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, cinayətin qurbanı kənd sakini 1983-cü il təvəllüdlü Kərimov Yaməddin Məhiyəddin oğlu olub. Sözügedən şəxsə evinin yaxınlığında iki bıçaq zərbəsi yetirilib. Mərhum aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qətlin törədilməsində iki nəfər ittiham olunur: 2001-ci il təvəllüdlü Abbaszadə Zamin Faiq oğlu və öldürülən şəxsin qardaşı oğlu Cavad Kərimov. Z.Abbaszadə Y.Kərimova bıçaqla hücum edib, C.Kərimov isə qətlin şahidi olub.

İlkin araşdırma zamanı gənclərin Y. Kərimovu yeyib-içməyə çağırdıqları məlum olub. Y. Kərimov razılaşıb və onlarla birlikdə gedib. Ehtimala görə, qardaş oğlu əmisini sərxoş edərək mal-qarasının satışından qazandığı pulu mənimsəmək istəyib. Sərxoş olan Z.Abbaszadə və C.Kərimov zərərçəkəndən pul tələb etməyə başlasa da, Y. Kərimov təzyiqlərə təslim olacaq qədər sərxoş olmayıb. Belə olan halda tərəflər arasında qətllə nəticələnən münaqişə yaranıb.

Qeyd edək ki, ilkin dindirmə zamanı məhbuslar qətli qısqanclıq zəminində törətdiklərini bildirərək bəraət qazanmaq istəyiblər. Ancaq bu həqiqət deyil, bütün məsələ pulda olub.

 

Rayon prokurorluğu faktla bağlı cinayət işi açıb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930