Tələbə və şagirdlərdən tibbi arayış tələbi vacibdir? – VİDEO

Tələbə və şagirdlərdən tibbi arayış tələbi vacibdir? – VİDEO
Orta məktəbə, eləcə də ali məktəbə qədəm qoyanların yolu ilk olaraq poliklinikalardan keçir. Həm də günlərlə bu tibb müəssisəsinə gedib-gəlirlər. Məsələ isə budur ki, onlardan tələb olunan sağlamlıq arayışını əldə etmək üçün bir neçə müayinə və analizlərdən keçilməlidir. Bu da, nə az nə çox düz 2 gün onların vaxtını alır. Bu qədər uzun bir vaxta əldə olunan arayış həqiqətənmi bu qədər vacibdir? Yoxsa prosedur bir qədər də sadələşdirilə bilərmi?

Dərslər başlayır, valideynlər və tələbələr isə hələ də poliklinikalar ilə təhsil müəssisələri arasında qalıblar.

Bu gün təhsil müəssisələri həm birinci sinifə və hazırlıq qruplarına gedən uşaqlardan, həm də birinci kurs tələbələrindən onların qeydiyyatdan keçmələri üçün sağlamlıq arayışı tələb edirlər. Hansı ki, bu arayışı almaq üçün bir neçə müayinə və analizlərdən keçilməlidir. Bu da ciddi vaxt itkisinə gətirib çıxarır. Hətta bu sənədi əldə etmək üçün bəzən 1 iş günü də onlara kifayət etmir. 

Həm valideynlər, həm də tələbələr hesab edir ki, prosedur əslində daha sadə olmalıdır. 

Bəs sağlamlıq arayışının əldə olunması üçün həqiqətənmi bu qədər analiz və müaynələrə zərurət var? Prosedurun mürəkkəb olması fikri ilə razılaşmayan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli 2 günə belə bir sənədin verilməsinin normal olduğunu bildirdi. Millət vəkili həmçinin dedi ki, gələcəkdə səhiyyə sistemində aparılan islahatlarla arayışların verilməsini daha da sadələşdirmək olar.  

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə xəzər xəbərə müsahibəsibdə qeyd etdi ki, əslində ali məktəbə daxil olan tələbələr sağlamlıq arayışı olmadan da qeydiyyatdan keçə bilərlər. 

Təhsil müəssisələrinə qəbul üçün sağlamlıq arayışlarının sadələşdirilməsi ilə bağlı sualımıza isə həm Səhiyyə Nazirliyindən, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, sözügedən məsələ onların səlahiyyətində deyil.
(Xezerxeber.com)

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...